Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1065/2021 25.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarında 2 ədəd bükümdə narkotik vasitə tiryək əldə edərək üzərində daşımşdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmaqla narkotik vasitə olan marixuana və tiryəkdən siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. 01 fevral 2021-ci il tarixdə saat 17 radələrində tanışı Zöhrab Qafarovla birlikdə Xaçmaz şəhərində görüşüb çay içməyə getmişlər. Kafedə olduqları zaman əvvəllər tanıdığı, lakin adını bilmədiyi şəxs onu kafedən çölə dəvət etmiş, kafedən çölə çıxdıqda tanışı Tərlanla rastlaşmışdır. Söhbət əsnasında Tərlan ona “Vaz-2107” markalı avtomobil aldığını bildirərək həmin nəqliyyat vasitəsilə birlikdə gəzməyi təklif etmişdir. O, razılaşmış, kafedə olan Zöhrabı da dəvət edərək avtomobilə əyləşmişlər. Həmin zaman avtomobildə Xəlil adlı tandığı şəxs də olmuşdur. Onlar Tərlanın avtomobilində yol gedərkən Tərlan narkotik vasitə tiryək qəbul etmək istədiyini bildirmiş, o da Elvin adlı tanışından tiryək əldə edəcəyini bildirmişdir. Bundan sonra Elvinlə əlaqə saxlayaraq onunla Xaçmaz şəhəri ərazisində görüşdükdən sonra Elvindən 30 manata 2 büküm tiryək almışdır. Daha sonra onlar toplaşıb Xaçmaz şəhərində “Dostluq” kafesində oturmular. Kafedə o, nəlbəki ilə həmin bükümləri əzmiş, özü ondan bir hissəsinin götürüb udmuş, Xəlil və Tərlan da ondan istifadə etmiş, Zöhrab isə qalan narkotik vasitəni kağıza bükərək cibində olan pul qabının içərisinə qoymuşdur. Daha sonra Tərlanla birlikdə Qusar rayonuna Tərlanın əsgər yoldaşı ilə görüşmək məqsədilə yola düşmüşlər. Saat 22 radələrində Qusar rayonunun Şirvanlı kəndi ərazisində olarkən Qusar rayon X12 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Polis Bölməsinə dəvət edildikdən sonra üzərlərində axtarış aparılmış, onun üzərində narkotik vasitə aşkar olunmamış, tanışı Zöhrabın üzərindən 01 ədəd bükümdə tiryək, Xəlilin üzərindən isə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Törətdiyi xətaya görə peşmançılıq hissi keçirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 may 2021-ci il tarixli qərar, inzibati xəta haqqında 24 oktyabr 2021-ci il tarixli protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin 03 fevral 2021-ci il tarixli, 7/140-6/471 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X3 aşkar edilmiş bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,262 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə- kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Tədqiqata sərfdan sonra tiryəkin qalıq çəkisi 0,212 qram təşkil edir. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə Qusar rayon X9 Bölməsinin baş müstəntiqinin 04 may 2021-ci il tarixli qərarının nəticə hissəsindən görünür ki, X8 03 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmsı, X6, Hikmət Camal oğlunun və X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilməsi, əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan, X4 barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın sürətinin Qusar rayon X11 Təhlükəsizlik Bölməsinə, Şəxs barəsində isə Xaçmaz rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmçinin cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə Qusar rayon X9 Bölməsinin baş müstəntiqinin 04 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs naməlum mənbədən əldə etdiyi, digər tanışları ilə birlikdə istifadə etdikdən sonra qalıq hissəsi X2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,212 qram təşkil edən narkotik vasitə tiryək və X5 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə- metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq müvafiq qaydada qablaşdırılmaqla saxlanılmasından ötrü Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İş üzrə maddi sübut kimi Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Şəxs naməlum mənbədən əldə etdiyi, digər tanışları ilə birlikdə istifadə etdikdən sonra qalıq hissəsi X2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,212 qram təşkil edən narkotik vasitə tiryək məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, X3 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,212 qram təşkil edən narkotik vasitə tiryək məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1065/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1065/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver