Məhkəmə qərarları › İş №3(067)-1066/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1066/2020

24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1066/2020 24.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 110 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-91/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat məbləğində aliment alınaraq X4 verilməsi təmin olunmalıdır. Bundan başqa Xaçmaz rayon məhkəməsinin 2(067)-421/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Qızıl nişan üzüyü (platin ürək şəkilli qaşı olan) 0,5 qram 585 əyarlı RF istehsalı 580 manat, qızıl qolbaq 8 qram 585 əyarlı RF istehsalı 850 manat, qızıl sep (qolbaq) - 12 qram 585 əyarlı RF istehsalı 1100 manat dəyərində qızıl zinət əşyaları (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri) cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun iki icra sənədi üzrə 2740 manat aliment borcu var. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-91/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat məbləğində aliment alınaraq X4 verilməsi təmin edilməlidir. Xaçmaz rayon məhkəməsinin 2(067)-421/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Qızıl nişan üzüyü (platin ürək şəkilli qaşı olan) 0,5 qram 585 əyarlı RF istehsalı 580 manat, qızıl qolbaq 8 qram 585 əyarlı RF istehsalı 850 manat, qızıl sep (qolbaq) - 12 qram 585 əyarlı RF istehsalı 1100 manat dəyərində qızıl zinət əşyaları (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri) cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığı və pandemiya dövründə işsiz olduğu üçün alimenti ödəyə bilməmişdir. Əlavə olaraq bildirdi ki, bu vaxta qədər 630 manat ödəniş etmiş, bu gün də əlavə olaraq məhkəmə iclasında borcundan 200 manat ödəməsini nəzərə almağı xahiş etdi. Qeyd olunan məbləğləri hər iki icra sənədi üzrə yarıbayarı olmaqla ödəyib. Bundan başqa bildirmişdir ki, Sumqayit Apellyasiya Məhkəməsinin 2(105)-2375/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 1986-cı il tarixdə Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsində anadan olan X2 xx xxx 2020-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün hər ay 100 (yüz) manat məbləğində aliment tutularaq Şəxs verilməsi qət edilmişdir. Demək olar ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-91/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat məbləğində aliment tələbi Sumqayit Apellyasiya Məhkəməsinin 2(105)-2375/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment tələbi ilə hər ay qismən əvəzləşir. Həmçinin bildirdi ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-91/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat məbləğində aliment alınaraq ona verilməsi təmin olunmalıdır. Bundan başqa Xaçmaz rayon məhkəməsinin 2(067)-421/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Qızıl nişan üzüyü (platin ürək şəkilli qaşı olan) 0,5 qram 585 əyarlı RF istehsalı 580 manat, qızıl qolbaq 8 qram 585 əyarlı RF istehsalı 850 manat, qızıl sep (qolbaq) - 12 qram 585 əyarlı RF istehsalı 1100 manat dəyərində qızıl zinət əşyaları (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri) cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. Bu vaxta qədər borclu ona bir neçə dəfəyə hər iki icra sənədi üzrə 530 manat pul ödəmişdir. Bu gün də 200 manat ödəmişdir. Əlavə olaraq bildirmişdir ki, ondan da, hər ay 100 manat məbləğində aliment alınaraq Şəxs ödənilməlidir. Demək olar ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-91/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat məbləğində aliment tələbi Sumqayit Apellyasiya Məhkəməsinin 2(105)-2375/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment tələbi ilə hər ay qismən əvəzləşir. Qeyd olunanalar əsasən də, borclu barəsində cərimə növündə inzibati tənbeh təyin olunmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq aşağıdakı halları qeyd edir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında materialdan müəyyən olunur ki, Hazırda borclunun iki icra sənədi üzrə 2740 manat aliment borcu var. İş materiallarından görünür ki, 1-ci icra sənədi üzrə Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-91/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat məbləğində aliment alınaraq X4 verilməsi təmin olunmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, Sumqayit Apellyasiya Məhkəməsinin 2(105)-2375/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 1986-cı il tarixdə Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsində anadan olan X2 xx xxx 2020-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün hər ay 100 (yüz) manat məbləğində aliment tutularaq Şəxs verilməsi qət edilmişdir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatalrdan isə müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-91/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat məbləğində icra edilməli olan aliment tələbi Sumqayit Apellyasiya Məhkəməsinin 2(105)- 2375/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment tələbi ilə hər ay qismən əvəzləşir. İş materiallarından görünür ki, 2-ci icra sənədi üzrə Xaçmaz rayon məhkəməsinin 2(067)-421/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Qızıl nişan üzüyü (platin ürək şəkilli qaşı olan) 0,5 qram 585 əyarlı RF istehsalı 580 manat, qızıl qolbaq 8 qram 585 əyarlı RF istehsalı 850 manat, qızıl sep (qolbaq) - 12 qram 585 əyarlı RF istehsalı 1100 manat dəyərində qızıl zinət əşyaları (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri) cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. Qeyd olunan icra sənədi üzrə əmlakların ümumi dəyəri 2530 manat təşkil edir. Qeyd olunan icra sənədi üzrə isə 265 manat (530:2=265) ödənilib. Göründüyü kimi, protokol tərtib olunan zaman 2-ci icra sənədi üzrə 2265 manat məbləğində (2530-265=2265) borc olub. Qeyd olunanlardan da, göründüyü kimi, Şəxs hazırkı protokol tərtib olunan zaman 1-ci icra sənədi üzrə yəni, Xaçmaz rayon məhkəməsinin 2(067)-91/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 475 manat (2740-2265=475) məbləğində aliment borcu olub. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, hazrıkı məhkəmə iclasında borclunun 200 manat məbləğində ödəniş etdiyini, həmçinin zərərçəkmiş şəxsin borclu barəsində cərimə növündə inzibati tənbeh təyin olunmasını xahiş etməsini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz ) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar