Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1067/2021 25.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseynov Etibar Famil oğlunun iştirakı ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 5 saylı evdə yaşayan Hüseynov Etibar Famil oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Hüseynov Etibar Famil oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 25.10.2021-ci il tarixdə Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən Xaçmaz RPŞ-nin qarşısında X1 təhqir etmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Hüseynov Etibar Famil oğlu 25.10.2021-ci il tarixdə Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən Xaçmaz RPŞ-nin qarşısında X1 təhqir etmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirrmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X5 bidirmişdir ki, Hüseynov Etibar Famil oğlu 25.10.2021-ci il tarixdə Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən Xaçmaz RPŞ-nin qarşısında onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bidirmişdir ki, Hüseynov Etibar Famil oğlu 25.10.2021-ci il tarixdə Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən Xaçmaz RPŞ-nin qarşısında X1 təhqir etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş Hüseynov Etibar Famil oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Hüseynov Etibar Famil oğlu məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən, saat 17:25-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1067/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1067/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver