Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1069/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Şəxs ASC-nin nümayəndəsi X1, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, "xxxx" ASC-nin ünvanına idxal olunmuş “heyvan yeminin hazırlanması üçün maşınlar və mexanizmlər” yükü Şimal Ərazi Baş Gömrük idarəsində 14.12.2020-ci il tarixli, **********2594 saylı gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, hüquqi şəxs-"xxxx" ASC tərəfindən malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi izahatında göstərmişdir ki, Pandemiya ilə əlaqədar şirkət fəaliyyətini müvəqqəti dayandırmışdır. Türkiyədən 37 TİR üzrə mal göndərilir. Qeyd olunan əmlakı gömrükdən hissə-hissə çıxarmaq mümkün deyildir. Belə ki, gömrükdən malları yalnız kompleks şəklində çıxarmaq mümkün olur. Qeyd olunanlara əsasən də, iş üzrə icraata xitam verillməsini xahiş edir. Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş, həmçinin işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs ASC (VÖEN № **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1069/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1069/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver