Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-107/2021 19.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, X1 iştirakı ilə X1 Xaçmaz rayon PŞ-nin sahə müvəkkilinin xx.xx.2021-ci il tarixli MN-0670302 nömrəli protokolundan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi X3 məhkəməyə müraciət edərək bildirmişdir ki, Xaçmaz rayon PŞ-nin xx.xx.2021-ci il tarixli MN-0670302 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. İnzibati qərarın ləğv edilməsi barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin olunmalı və iddia ərizəsi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. q ə r a r a a l d ı : Vəsatət təmin olunsun. Ərizəçi X1 xx.xx.2021-ci il tarixli MN-0670302 nömrəli qərarından verdiyi şikayət ərizəsi qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-107/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-107/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver