Məhkəmə qərarları › İş №3(067)-107/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-107/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-107/2023 16.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbə ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini və məhkəmənin qərarını icra etmir. Yaranmış 2360 manat aliment borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq X1 verilməlidir. Borclu hər ay alimenti tam deyil, 150 manat olmaqla ödəmiş, onun 2360 manat aliment borcu yaranmışdır. Tələbkar yaranmış aliment borcunu tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment ödəməlidir. Lakin onun rəsmi iş yeri, qazancı olmadığından hər ay 350 manat ödəməyə maddi imkanı olmamış, hər ay yalnız 150 manat aliment ödənişi edə bilmişdir. O, həmişə çalışmışdır ki, uşaqları üçün alimenti ödəsin. Sonuncu dəfə alimenti ödəyərkən isə yüz əlli manatı da ödəməyə maddi imkanı olmamış, digər şəxsdən borc alaraq alimenti ödəmişdir. O, uşaqlarının saxlanılması üçün aliment ödəməkdən boyun qaçırmır, hətta uşaqları yetkinlik yaşına çatanda da o, uşaqlarına maddi köməklik edəcəkdir. Həmçinin bildirmişdir ki, onun hazırda aliment ödəməyə imkanı yoxdur. Tələbkar da işləyir və altı yüz manat əmək haqqı alır. Əlavə olaraq bildirmişdir ki, onun inzibati tənbeh olaraq cərimə ödəməyə imkanı yoxdur, cərimə məbləğini ödəməkdənsə, həmin məbləğdə pul vəsaitini uşaqlarının saxlanması üçün ödəyər. Ona görə də barəsində cərimə inzibati tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 16 yanvar 2023-cü il tarixdən, saat 15:32-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar