Məhkəmə qərarları › İş №3(067)-107/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-107/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-107/2024 23.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X4 tərəfindən inzibati xəta haqqında protokoldan və həmin protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 tərəfindən inzibati xəta haqqında protokoldan və həmin protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən protokolun və qərarın ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, şikayətdə inzibati xəta haqqında EQ/17141830 saylı protokol və həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar mübahisələndirilsə də, həmin protokol və qərar şikayətə əlavə olunmamışdır. İş materiallarını araşdırarkən inzibati xəta haqqında materiala qərarından şikayət verilən şəxs tərəfindən kserosurət kimi qərardan çıxarış əlavə olunsa da, həmin qərarın hansı mənbədən əldə edilməsi (götürülməsi) müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və həmin protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X2 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokolun və qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Protokolun və qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri mümkünlüyü həmin protokoldan və qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin: 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi protokolun və qərarın təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 inzibati xəta haqqında EQ/17141830 saylı protokol və həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayət icraata qəbul edilməsin və X3 geri qaytarılsın. X3 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, protokolun və qərarın surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar