Məhkəmə qərarları › İş №3(067)-1070/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1070/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1070/2023 25.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, 13 mart 1967-ci ildə Qazaxıstan Respublikasının Cambul vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Müşkür kəndində yaşayan X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 13 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şikayətçi X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 13 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çinar ağaclarının kəsilməsi ilə əlaqədar 3000 manat cərimə edilmişdir. Vətəndaşlar çinar ağaclarının kəsiləməsi ilə bağlı Ekologiya etmiş olduğları müraciət əsasında onlara həmin ağacların 4-5 metrdən kəsmək üçün icazə verilmişdir. Bundan sonra həmin ağacların kəsilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən o, cərimə edilmişdir. Qərarı 2022-ci ildə rəsmi qaydada alsa da, ondan vaxtında şikayət verə bilməmişdir. Səbəb isə onun səhlənkarlığı olub. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4 və 541-ci maddələrinə əsasən 31 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yəni məcburi göstərişin tələblərini əməl etməsi tələb edilməsinə baxmayaraq Yaşa Mamayev həmin tələbləri pozmuş və 13 iyun 2022-ci il tarixdə 253.4 və 541-ci maddəsi ilə təqsirli bilinərək İdarə tərəfindən 3000 manat məbləğində cərimə edilmişdir. Həmin cərimə edilməsi ilə bağlı məlumat X3 rəsmi qaydada göndərilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində cərimə ödənilmədiyinə görə qərarın icra məcburi icra orqanına Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X10 qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Yaşa Mamayev tərəfindən həmin verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, şikayətçi X10 tərəfindən mübahisələndirilən inzibati xəta haqqında qərar 18 iyun 2022-ci ildə alınmışdır. Qərarın rəsmi qaydada alındığı gündən 10 gün müddətində şikayət verilmədiyindən, qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, X7 barəsində qəbul edilmiş qərar barədə bir neçə ay əvvəl məlumatlandırılsa da, həmin qərarı yalnız 13 sentyabr 2023-cü il tarixdə mübahisələndirərək məhkəməyə şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 13 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayət vermə müddəti ötürüldüyündən şikayət ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 13 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin olunmasın. Qərardan 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar