Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1072/2023 14.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(067)-121/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 02 may 2019-cu il təvəllüdlü X6 və 08 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ərizənin verildiyi tarixdən, yəni 25 avqust 2021-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 (bir yüz otuz) manat miqadarında, habelə uşaqlar 3 yaşına çatanadək hər uşağa görə əlavə 20 (iyirmi) manat miqdarında alimentin alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Abşeron rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(067)- 121/2022 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ifadə verərək bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(067)-121/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 02 may 2019-cu il təvəllüdlü X6 və 08 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ərizənin verildiyi tarixdən, yəni 25 avqust 2021-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 (bir yüz otuz) manat miqadarında, habelə uşaqlar 3 yaşına çatanadək hər uşağa görə əlavə 20 (iyirmi) manat miqdarında alimentin alınaraq tələbkar X2 verilməsi təmin edilməlidir. İcra vərəqəsi icra şöbəsinə daxil olan tarixdən əvvəl Rusiya Federasiyasında olduğu üçün borclu barəsində axtarış qərarı qəbul edilərək Xaçmaz rayon Polis Şöbəsinə verilmişdir. Həmin axtarış nəticəsində o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 13 sentyabr 2023-cü il tarixdə saxlanılaraq barəsində tədbir görülməsi üçün Xaçmaz rayon İcra Şöbəsinə təhvil verilmişdir. Borclunun hazırda tələbkara olan aliment borcu 6880 (altı min səkkiz yüz səksən) manat təşkil edir. Hal-hazırda borclu həmin aliment borcundan 1000 (bir min) manat məbləğində aliment ödəyə biləcəyini, qalan borcunu da ərizəsində qeyd edərək bildirmişdir ki, sentyabr ayının 18-nə kimi bağlayacağını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, ondan Xaçmaz rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(067)-121/2022 saylı qətnaməsinə əsasən 02 may 2019-cu il təvəllüdlü X6 və 08 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ərizənin verildiyi tarixdən, yəni 25 avqust 2021-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 (bir yüz otuz) manat miqadarında, habelə uşaqlar 3 yaşına çatanadək hər uşağa görə əlavə 20 (iyirmi) manat miqdarında alimentin alınaraq tələbkar X2 verilməsi təmin edilməlidir. O, Azərbaycan Respublikası vətəndaşı olduğunu, atasının müalicəsi ilə əlaqədar Rusiya Fedrasiyasına getdiyini və buna görə həmin aliment borcunun yarandığını, lakin buna baxmayaraq hazırda həmin aliment üzrə yaranmış borcuna görə 1000 (bir min) manat məbləğində aliment ödəyə biləcəyini, qalan borcunu da sentyabr ayının 18-də tam bağlayacağını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 14 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1072/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1072/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver