Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1075/2021 26.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz RPŞ-nin sahə rəisi Rəfael Şükürovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 oğlunun iştirakı ilə, 16.11.1993-cü ildə Siyəzən şəhərindəi anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Şabran rayonu Udlu kəndində qeydiyyatda olan və yaşayan X4 oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: X4 oğlu 25.10.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN № ******* saylı 25 oktyabr 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X2 25.10.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan X4 oğlu özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, bildirmişdir ki, Xaçmaz rayonu Bakı prospektində yerləşən obyektin fahişəxana kimi fəaliyyət göstərdiyinə görə həmin obyektə gedib, orada şüşələri qırmış, ətrafdakı insanları obyekti tərk etməyi və obyektin bağlanmasını tələb etmişdir. Buna səbəb isə, obyektin fahişəxana kimi işləməsi milli mentalitetə zidd olmasıdır. Daha sonra qeyd olunan obyektə polis əməkdaşları gəlib, onu sakitləşdirməyə çalışanda və nizam intizama dəvət etsələr də, o, qəsdən polis əməkdaşlarının tələblərinə əməl etməmişdir və buna görə də peşman deyil. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon Şöbəsində polis nəfəri vəzifəsində işləyən X3 bildirmişdir ki, X4 oğlu 25.10.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon Şöbəsində növbətçi hissəsi növbətçi köməkçisi X5 bildirmişdir ki, X4 oğlu 25.10.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, X2 25 oktyabr 2021-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, X2 polis işçilərinin qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ciu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh növü təyin edilsin. Həbsin əvvəli 25 oktyabr 2021-ci il tarixdən saat 22:00-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1075/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1075/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver