Məhkəmə qərarları › İş №3(067)-1078/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1078/2020

29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1078/2020 29.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Dadaşova Könül vasif qızının katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8,barəsində inzibati xəta üzrə icraat aparılan şəxs X3 və zərərçəkmiş şəxs X6 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Xaçmaz şəhəri, Ə.Cavad küçəsi. Ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(067)-1373/2019 saylı icra vərəqəsinə əsasən borclu X2 xx xxxxxxx 2012-ci il təvəllüdlü Mustafayev Röyal Mustafa oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət olunmuşdur. X1 borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu X7 alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 900 manat aliment borcu vardır. Məhkəmədə izahat verən X7 törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(067)-1373/2019 saylı icra vərəqəsinə əsasən borclu X2 xx xxxxxxx 2012-ci il təvəllüdlü Mustafayev Röyal Mustafa oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət olunmuşdur. Hal-hazırda onun ödənilməmiş 900 manat aliment borcu vardır. O, icra məmurunun cağırışlarından yayınmamış və hissə-hissə aliment borcunu ödəmişdir. O, hər ay aliment borcunu vaxtında ödmiş, lakin pandemiya dövründə işləyə bilmədiyi üçün maddi imkansızlığa görə borcu yaranmışdır. Buna bxamayaraq o, 2020-ci ildə ödənişlər etmişdir. Bundan sonra da qalan borcunun da ödəyəcəyinə söz verir. Məhkəmədə izahat verən zərərçəkmiş şəxs X10 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(067)-1373/2019 saylı icra vərəqəsinə əsasən borclu X2 xx xxxxxxx 2012-ci il təvəllüdlü Mustafayev Röyal Mustafa oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1000 manat aliment borcu vardır. Borclu 2020-ci il ərzində cəmi iki dəfə borc üzrə ödənişlər etmişdir və uzun müddətdir ki, heç bir ödəniş etmir. Odur ki, borclu X7 barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta protokolunu tərtib etmiş Xaçmaz Rayon İcra Şöbəsinin icra məmuru X12 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(067)-1373/2019 saylı icra vərəqəsinə əsasən borclu X2 xx xxxxxxx 2012-ci il təvəllüdlü Mustafayev Röyal Mustafa oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1000 manat aliment borcu vardır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(067)-1373/2019 saylı icra vərəqəsinə əsasən borclu X2 xx xxxxxxx 2012-ci il təvəllüdlü Mustafayev Röyal Mustafa oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət olunmuşdur.X1 borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1000 manat aliment borcu vardır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X7 tərəfindən mütəmadi olaraq icra sənədi üzrə ödənişlər edilmişdir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirdiyini, çağırışlara vaxtlı-vaxtında gəldiyini, onun borcu vaxtında və lazımınca ödəməməsinin isə qərəzliliklə əlaqədar olmadığını, onun maddi vəziyyəti ilə əlaqədar olduğunu bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X3 əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar