Məhkəmə qərarları › İş №3(067)-1080/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1080/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1080/2024 09.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X4 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən 29 avqust 2024-cü il tarixli, 01400-06758/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Şəxs 2024-cü ilin yanvar ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********9297 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3600,00 ABŞ dolları (6120,00 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2024-cü ilin yanvar ayında **********9297 nömrəli gömrük bəyannaməsi üzrə 3600,00 ABŞ dolları (6120,00 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Xaçmaz səhəri, Müşkuri ünvanında qeydiyyatda olan “AZEFOOD" MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 6120,00 (altı min yüz iyirmi manat) manat etmiş və nəticədə Şəxs MMC valyuta vəsaiti az miqdar təşkil tərəfindən (inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, Protokolu özü tərtib etmişdir. Şəxs 2024-cü ilin yanvar ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********9297 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3600 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əalqədar Şəxs MMc-nin halhazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin VAİS-dən əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2012ci tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Xaçmaz şəhəri, Müşkuri olduğu və rəhbərinin X10 olduğu məlum olmuşdur. Şəxs MMC-nin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli, 3-33-1700/2- 002353/2024 saylı bildiriş, həmçinin də X5 yaşadığı ünvana xx.xx.2024-cü il tarixli, 3-33- 1700/2-002685/2024 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçrülüməli olan 3600 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılna araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa zamanda Xaçmaz Gömrük İdarəsinə gəlməsinin təmin etməsi xahiş edilmişdir. Bildirişlər, məlumat 150 gün ərzində göndərilir. 180 gün tamam olduqda raport yazılır və araşdırma aparılır. Lakin şirkətin heç bir nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. Bildiriş və məlumat 150 gün ərzində göndərilmiş və 180 gün tamam olduqda raport yazılaraq araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********9297 nömrəli gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində köçrülüməli olan 3600 ABŞ dolları məbləğində vəsaitin Şəxs MMC-nin Azərbaycan Respublikaısndakı bankda olan hesablarına köçürülməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, tərtib olunmuş 29 avqust 2024-cü il tarixli, 01400-06758/24 nömrəli inzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2024-cü ilin yanvar ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********9297 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3600,00 ABŞ dolları (6120,00 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar “AZEFOOD’’ MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Xaçmaz şəhəri, Muşkuri olduğu və rəhbərinin X8 olduğu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nin qeydiyyatda olduğu (Xaçmaz səhəri, Muşkuri) ünvana 25..07,2024-cü il tarixli, 3-33-1700/2-002353/2024 saylı bildiriş, həmçinin də X5 yaşadığı ünvana xx.xx.2024-cü il tarixli, 3-33-1700/2-002685/2024 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3600,00 ABŞ dolları (6120,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa müddətdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin heç bir nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********9297 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 3600,00 ABŞ dolları (6120,00 manat) məbləğində vəsait Şəxs MMCin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2024-cü ilin yanvar avında **********9297 nömrəli gömrük bəyannaməsi üzrə 3600,00 ABŞydolları (6120,00 manat) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "xxxx" MMC VÖEN: ********** ,əqində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı yəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Beləliklə məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Xaçmaz rayonu, Xaçmaz Şəhəri, Muşkuri ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) 2024-cü ilin yanvar ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 3600,00 ABŞ dolları dəyərində (6120,00 manat) “nar sousu” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-002353/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarınaməcburi qaydadaköçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olanxarici valyutanındəyərinin otuz faizindən əlli faizinədəkməbləğdəcərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə  QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olanxarici valyuta – 3600 ABŞ dollarıdəyərinin 30%-i, yəni 1080 ABŞ dollarıməbləğində (qərarın icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla alınaraq) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar