Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1086/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1990-cı ildə Ukrayna Respublikasının Donetsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Arzu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 27 oktyabr 2021-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi “Dodge Charger” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən avtomoibilini müvafiq icazə olmadan sayrışan işıq siqnalları ilə təchiz etməsi müşahidə olunduğundan ərazidə xidmətdə olan Xaçmaz rayon X6 X7 əməkdaşları tərəfindən saxlanılmış, əməkdaşlar tərəfindən ona qanunun tələblərini pozması izah olunmaqla nəqliyyat vasitəsinin duracağa aparılacağı bildirilsə də o, avtomobildə nasazlıq yaradaraq avtomobilin duracağa aparılmasına maneəçilik törətmiş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 27 oktyabr 2021-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi “Dodge Charger” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən ərazidə xidmətdə olan Xaçmaz rayon X6 X7 əməkdaşları tərəfindən saxlanılmış, o, əməkdaşlardan saxlanılmasının səbəbini soruşduqda yol-patrul xidməti əməkdaşı saxlanılmasının səbəbinin bir qədər sonra ona izah ediləcəyini bildirmişdir. Sonradan yol polisi əməkdaşı ona avtomoibilində qanunla qadağan edilmiş sayrışan işıqların olduğunu bildirərək nəqliyyat vasitəsinin duracağa aparılacağını bildirmişdir. Həmin vaxt avtomobilində nasazlıq yaranmış və mühərrik işə düşmədiyindən avtomobili yerindən hərəkətə gətirə bilməmişdir. Sonradan hadisə yerinə evakuator avtomobili gəlmiş və onun avtomobilini götürərək Polis Şöbəsinə aparmışlar. Lakin o, yolpatrul xidməti əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətlərə yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X6 X7 dövlət avtomobil müfəttişi X4 izahat verərək göstərdi ki, 27 oktyabr 2021-ci il tarixdə saat 14:30 radələrində Xaçmaz rayon X6 X7 rəisi Elnur Quliyev efir vasitəsilə onu Xaçmaz şəhəri, Bakı prospektində saxlanılan “Dodge Charger” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti saxlama duracağına aparılması üçün köməklik etməyə dəvət etmişdir. O, dərhal qeyd olunan ünvana getmiş, orada müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsini idarə edən Şəxs nəqliyyat vasitəsini müvafiq icazə olmadan sayrışan işıq siqnalları ilə təchiz etməklə qanunun tələblərini pozduğuna görə saxlanılmışdır. O və digər əməkdaşlar Şəxs yaxınlaşıb ona qanunun tələblərini pozmasını izah etməklə nəqliyyat vasitəsinin duracağa aparılacağını bildirsələr də sonuncu avtomobildə nasazlıq yaradaraq avtomobilin duracağa aparılmasına maneəçilik törətmiş, tərəflərindən nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sürücünün hərəkətləri nəticəsində Xaçmaz şəhəri, N.Nərimanov prospekti bağlanmış, oraya vətəndaşların diqqəti cəlb olunmaqla ətrafa çoxsaylı insanlar toplaşmış, xidmətin aparılması pozulmuş və bu vəziyyət 2 saata qədər davam etmişdir. Bundan sonra əraziyə əlavə qüvvə və evakuator çağırılmaqla nəqliyyat vasitəsi Şəxs iştirakı ilə müvəqqəti saxlama duracağına evakuasiya olunmuşdur. Bütün bu proseslərin görüntüləri hadisə yerində olan xidməti patrul avomobillərindəki videoqeydiyyat cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X6 Yol polisi bölməsi yol-patrul xidməti baş inspektoru X1 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon X6 X7 dövlət avtomobil müfəttişi X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 27 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahid ifadəsi, hadisənin video görüntüsünə dair disk, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli, 309 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 27 oktyabr 2021-ci il tarixdən saat 20:00 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 27 oktyabr 2021-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1086/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1086/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver