Məhkəmə qərarları › İş №3(067)-1086/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1086/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1086/2025 24.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Qərardan şikayət vermiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/28946952 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/28946952 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, şikayətçi Rəsul Paşaliyev onun doğma oğludur. Oğlu 30 iyun 2025-ci il səhər saatlarında Türkiyə Respublikasına uçsa da, həmin tarixdə onun adına inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Oğlunun adına tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir, ona görə ki həmin tarixdə avtomobili oğlu yox, onun özü idarə etmişdir. İnzibati qərar qəbul etmiş Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ/28946952 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X1 30 iyun 2025-ci il saat 18:09 radələrində Hyundai İX35 markalı ** HG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, Nərimanov prospektində olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4 və 332.3-cü maddələrinin tələblərinin pozulması ilə bağlı 400 manat cərimə olunmuşdur. İş materiallarında olan elektron uçuş biletindən görünür ki, Rəsul Paşaliyev 30 iyun saat 05:45-də Türkiyə Respublikasına uçmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Göründüyü kimi, X4 30 iyun 2025-ci il tarixə səhər saat 05:45-də Türkiyə Respublikasına uçsa da, həmin tarixdə saat 18:09-da onun tərəfindən Xaçmaz şəhərində avtomobilin idarə edilməsi mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə də, X2 30 iyun 2025-ci il tarixdə saat 18:09 –da Xaçmaz şəhərində baş vermiş inzibati xətaya aidiyyatı olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 53, 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 şikayəti təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin xx.xx.2025-ci il tarixli EQ/28946952 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar