Məhkəmə qərarları › İş №3(067)-1089/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1089/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1089/2022 06.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 342.9-cu maddələri üzrə tərtib olunmuş inzibаti xataya dair mаteriаlın baxılmağa hazırlanmasınа məhkəmə iclаsındаn kənаr prоsessuаl qаydаdа bаxаrаq məhkəmə, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа - İXM) 339.1-1 və 342.9-cu maddələri üzrə tərtib olunmuş inzibati xətaya dair material daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xətaya dair material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıda qeyd olunan normaların tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-ci maddəsinə müvafiq olaraq İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) müəyyyən edilmişdir. 40.0. İnzibati xətalar haqqında işlərə: 40.0.1. rayon (şəhər) məhkəmələri; 40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157-188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2-339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3.-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il Fərmanının 5-ci və 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 - 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 326-1, 327.1- 327.7, 328 - 331, 332.1- 332.3, 333.1, 334.1, 335.1 - 335.4, 336, 337.1- 337.4, 338.1- 338.6, 339.1, 339.1-1, 342.1.1- 342.1.8, 342.1.11, 342.2 - 342.7, 343.1, 343.4, 344, 345, 347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1- 353.4, 353.6, 354.0.7, 355- 358, 428.5, 443.2, 457- 1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 - 517.0.6, 517.0.9- 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 - 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunan normalardan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə müvafiq olaraq həmin Məcəllənin 339.1-1ci maddəsi ilə tərtib olunmuş inzibati xətalara dair materiala ilk olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən baxılmalı və barəsində inzibati xətaya dair icraat aparılan şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin təyin edilməsi məqsədə müvafiq olmadıqda bu barədə qərar qəbul olunmaqla material baxılması üçün müvafiq məhkəməyə göndərilməlidir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 2-2.9-cu bəndlərinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 157, 209, 211, 212.1, 212.4, 227, 266.3, 266.4, 290.1.1- 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1-327.7, 328- 331, 332.1- 332.3, 333.1, 334.1, 335.1- 335.4, 336, 337.1- 337.4, 338.1- 338.6, 339.1, 342.1.1- 342.1.8, 342.1.10, 342.1.11, 342.2- 342.7, 343.1, 343.4, 344, 345, 347, 362.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1- 353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355- 358, 428.5, 443.2, 457-1.1.1, 457-1.1.2, 457-1.2, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə), 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə), 510, 513, 514, 517.0.1- 517.0.6, 517.0.9- 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 566 (Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinə münasibətdə), 583- 586, 588, 589, 590.1, 591, 593 və 597-ci (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər (onların vəzifəli şəxsləri və mühafizəçiləri) istisna olmaqla, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346- 1.5-ci maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 350.1, 517.0.7, 517.0.8, 575 və 577-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.5, 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 252, 272, 276-1, 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 342.1.9, 346, 346-1.2- 346-1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.1 - 354.0.6, 354.0.8 – 354.0.10, 430.1, 454, 455.2, 457-1.1.3 və 457-1.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri; Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1- 335.4, 336, 337.1- 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.10, 342.1.11, 342.2- 342.7, 343.1, 343.4, 344, 345, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346-1.5-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 342.1.9, 346, 346-1.2 – 346-1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.1 - 354.0.6 və 354.0.8 – 354.0.10cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X1 İdarəsinin rəisi, onun müavinləri, Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X1 İdarəsinin rəisi, ərazi polis orqanlarının X1 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X1 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X1 qruplarının rəhbərləri; Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 346.3 (Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanılan iş üzrə icraatla bağlı), 353.2, 469.3-cü maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346.3, 346-1.1, 346-1.5-ci maddələrində nəzərdə tutulmuş və foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara dair elektron protokoldan (qərardan) Məcəllənin 122.7 və 122.8-ci maddələrində qeyd olunan vəsatət (şikayət) verildikdə, həmin inzibati xətalar haqqında işlərə – Baş X1 İdarəsinin rəisi, onun müvafiq sahəyə cavabdeh müavini, Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X1 İdarəsinin rəisi, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhərinin rayon polis idarələri (şöbələri) istisna olmaqla, digər ərazi polis orqanlarının X1 şöbələrinin (bölmələrinin) rəisləri, X1 qruplarının rəhbərləri; Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.10, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 346, 346-1.2 – 346-1.4, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346, 346-1.2-346-1.4-cü maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X1nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X1 İdarəsinin, X1 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X1 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları; Məcəllənin 157, 209, 211, 212.1, 212.4, 227, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 357, 358, 443.2, 457- 1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.5, 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 252, 272, 276-1, 430.1, 454, 455.2, 457- 1.1.3 və 457-1.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərəşəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri; Məcəllənin 566-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinə münasibətdə) – Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin, bölmələrinin, qruplarının rəisləri, baş inspektorları və inspektorları; Məcəllənin 575-ci və 577-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq) – Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri; Məcəllənin 597-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər (onların vəzifəli şəxsləri və mühafizəçiləri) istisna olmaqla, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə) – Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri; Məcəllənin 209, 211, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 357, 358, 443.2, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 590.1, 591 və 593-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.5, 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 252, 272, 430.1, 454 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – polis sahə rəisləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından baxırlar. Bundan başqa, məhkəmə onu da, qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətalar haqqında işlərə Rayon (şəhər) məhkəmələri tərəfindən baxılması nəzərdə tutlmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşur ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göründüyü kimi, hazırkı inzibati xətaya dair iş üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yuxarıda qeyd olunan prosessual qaydalara əməl olunmadan material baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0. maddəsinə əsasən Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xətaya dair material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-111, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 342.9-cu maddələri üzrə tərtib olunmuş inzibаti xətaya dair protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Anar Sadıqov İş № 3(067)-1089/2022 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 06 iyul 2022-ci il Xaçmaz şəhəri Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 342.9-cu maddələri üzrə tərtib olunmuş inzibаti xətaya dair mаteriаlın baxılmağa hazırlanması üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. İnzibati xəta haqqında mаteriаl аrаşdırаrılarkən müəyyən оlundu ki, inzibаti xətа hаqqındа tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur. Hakim qərardadı elan edir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar