Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-109/2022 31.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X5, X1 iştirakları ilə, 24 dekabr 1972-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci Şöbədə yaşayan X6 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X5 11 yanvar 2022-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X5 11 yanvar 2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X7 göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonu, Bakı prospekti ərazisində xidməti vəzifəsini yerinə yetirərkən şəxsiyyəti sonradan ona X4 müəyyən olunan şəxsin idarə etdiyi “MERCEDES BENZ” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomaşın əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozduğuna görə həmin avtomaşın tərifindən saxlanmış və onun barəsində yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci bəndinə əsasən müvafiq protokol tərtib edilmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, 11 yanvar 2022-ci il tarixdə saat 09:35 radələrində özünə məxsus “MERCEDES BENZ” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Xaçmaz rayonu, Bakı prospektində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinə işıqla işarə edərək yol verməsini bildirdikdən sonra həmin nəqliyyat vasitəsi sağ tərəfə çəkildikdən sonra o, qarşı zolağa çıxmadan (bütöv xətti keçmədən) hərəkətini davam etdirmişdir. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X7 tərəfindən saxlanılaraq yol hərəkəti qaydalarını pozduğunu bildirməklə barəsində inzibati tənbeh vermə haqqında 11 yanvar 2022-ci il tarixli, TP-4801389 saylı qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli, TP-4801389 saylı qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X13 Bölməsinin 11 yanvar 2022-ci il tarixli, TP-4801389 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 yanvar 2022-ci il tarixli, TP-4801389 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11 yanvar 2022-ci il tarixdə X8 idarə etdiyi “MERCEDES BENZ” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozmuşdur; 11 yanvar 2022-ci il tarixli, TP-4801389 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 11 yanvar 2022-ci il tarixdə X8 idarə etdiyi “MERCEDES BENZ” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Buna əsasən X8 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən CD diskə baxış keçirilərkən müəyyən olundu ki, 11 yanvar 2022-ci il tarixdə X8 idarə etdiyi “MERCEDES BENZ” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozmuşdur. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Nəzərə alınmalıdır ki, İXM-in 327.2-ci maddəsi blanket normadır və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalar təşkil edir. Buna dair məhkəmə qeyd edir ki, adı çəkilən Qanunun 51-ci maddəsinin V hissəsinə əsasən nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə, yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X13 Bölməsinin 11 yanvar 2022-ci il tarixli, TP-4801389 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon X13 Bölməsinin 11 yanvar 2022-ci il tarixli, TP-4801389 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-109/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-109/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver