Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1090/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materialın açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialda qeyd olunmuşdur ki, o, 28.06.2021-ci il tarixdə X5 məxsus bağ sahəsindən dəyəri 320 (üç yüz iyirmi) manat olan “Total" markalı su nasosunun, 09.07.2021-ci il tarixdə X4 məxsus yaşayış olmayan evinin həyətindən 75 (yetmiş beş) manat dəyərində su nasosunun. 25.07.2021-ci il tarixdə Xudat şəhəri Qulamov qəsəbəsində yaşadığı evdən Raziyə Məlikməmmədova məxsus 30 (otuz) manat dəyərində su nasosunun, 27.07.2021-ci il tarixdə X2 yarımçıq tikili olan evindən 80 (səksən) manat dəyərində dəmir armatur və künclüklərin. 24.08.2021-ci il tarixdə X1 yaşayış evinin bağ sahəsindən 40 (qırx) manat dəyərində “Marqus” markalı su nasosunu, 06.09.2021-ci il tarixdə X3 məxsus həyətində olan saxlac yerindən 90 (doxsan) manat dəyərində 30 kq fındıq məhsulunu oğurlamaqla, yəni özgənin əmlakını xırda talamışdır. İnzibati materialları araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xətaya dair material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, inzibati material üzrə Şəxs şəxsiyyətini təsdiq edən sənəd əlavə edilmədiyindən, şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətalara dair materiallar Xaçmaz Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim : Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1090/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1090/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver