Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1095/2021 29.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, AR vətəndaşı, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs 17.07.2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində X2 məxsus bağ sahəsindən 30 manat dəyərində fındıq məhsulunu, 09.06.2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndidnə X3 məxsus yaşayış evindən 45 manat dəyərində elektrik naqillərini, 26.06.2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndidnə Yusif Əzizzadəyə məxsus 30 manat avadanlıqları, 26.06.2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndidnə işlədiyi evdən ona məxus 300 manat dəyərində 2 ədəd direl, 2 ədəd laqonda və 5 qutu şurubları oğurlamaqla yəni özgənin əmlaklarını xırda taladığına görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X4 bildirdi ki, Şəxs 17.07.2021ci il tarixdə Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində X2 məxsus bağ sahəsindən 30 manat dəyərində fındıq məhsulunu, 09.06.2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə- Xaçmaz kəndidnə X3 məxsus yaşayış evindən 45 manat dəyərində elektrik naqillərini, 26.06.2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndidnə Yusif Əzizzadəyə məxsus 30 manat avadanlıqları, 26.06.2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndidnə işlədiyi evdən ona məxus 300 manat dəyərində 2 ədəd direl, 2 ədəd laqonda və 5 qutu şurubları oğurlamaqla yəni özgənin əmlaklarını xırda taladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətaları törətməkdə təqsirli bilərək, əməllərindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs xırda talama əməlləri törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində ictimai işlər inzibati tənbeh növü təyin olması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx ) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydad təqdim edildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1095/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1095/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver