Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1096/2021 01.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkən şəxs Seyid Sevincin iştirakları ilə, xx.xx.1975-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, Yeni yaşayış massivində ( 3-cü şöbə yolu) yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-897/2021 saylı, 16.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1000 manat, 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 50 manat pul alınaraq, Seyid Sevincə verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hal-hazırda Şəxs 1030 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-897/2021 saylı, 16.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1000 manat, 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 50 manat pul alınaraq, Seyid Sevincə verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hal-hazırda Şəxs 1030 manat məbləğində ödənilməmiş borcu vardır. Əlavə olaraq bildirmişdir ki, borclunun əvvəl işlədiyi yerdən əmək haqqından pul tutulması olmuşdur, sonradan borclu işdən çıxdığından tutulma dayanmışıdr. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-897/2021 saylı, 16.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1000 manat, 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 50 manat pul alınaraq, Seyid Sevincə verilməsi qət edilmişdir. Tələbin könüllü icrası barədə bildiriş ona çatdırılmamışdır və onun icra işi üzrə yalnız bu gün ilk dəfə izahatı alınıb. Məhkəmə iclasında zərərşəkən şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-897/2021 saylı, 16.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1000 manat, 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 50 manat pul alınaraq ona verilməsi təmin olunmuşdur. Borcunun ödənilməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilməmişdir və onun izahatı bu gün alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1096/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1096/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver