Məhkəmə qərarları › İş №3(067)-1098/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1098/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1098/2022 18.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Şikayət verən şəxs X3 və vəkili X2, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X6 məhkəməyə müraciət edərək 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Bayoba kəndi ərazisində onun və ailə üzvlərinin xüsusi mülkiyyətində 1,37 ha pay torpaq sahəsi vardır, həmin torpağa mülkiyyət hüquqları JN 535 saylı, 30209087 kodlu Dövlət Aktı ilə rəsmləşdirilmişdir. Qeyd olunan torpaq sahəsinə gedən yolunun üstündə, yəni kənarında vaxtilə 20 ədəd albalı və 5 ədəd qoz ağacı tingi basdırmış, orada hazırda həmin ağaclar böyümüşdür. Albalı ağaclarının 2 ədədi yola tərəf əyildiyindən yoldan traktor və maşınlar keçə bilməmişdir. Bu səbəbdən qeyd olunan 2 ədəd albalı ağacının gövdə hissəsi 2 metr hündürlüyündə saxlanılmaqla yola tərəf əyilmiş hissəsini budamışdır. Başqa sözlə, o, ağacları məhv etmək məqsədilə kəsməmiş və onları kökdən çıxarmamış və yerini dəyişdirməmişdir. Şikayətə əlavə etdiyi fotoşəkillərdən də görünür ki, 2 metr hündürlüyündə gövdəsi saxlanılan ağacların həmin hissədə inkşafı davam edir, şüyləri 1 metrə yaxın uzanmışdır. Xaçmaz rayon Hacıəlibəy bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 9 nömrəli arayışı ilə də təsdiq olunur ki, qeyd olunan ərazidə mövcud olan 20 ədəd albalı ağacı və 5 ədəd qoz ağacı həqiqətən də onun tərəfindən əkilmiş və onlara o, qulluq etmişdir. Bu səbəbdən də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında 05 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Həmçinin həmin ağacların onun torpaq sahəsində yerləşmədiyini, torpaq sahəsinin aşağı hissəsində yerləşdiyini bildirmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin vəkili bildirmişdir ki, X3 əməlində inzibati tənbehvermə barədə qərarda qeyd olunan maddənin tərkibi olmamışdır. Belə ki, İ.Bədəlov 2 ədəd ağacın gövdəsinin yarı hissəsindən yuxarıda əyilmiş hissədən kəsmişdir. Həmin kəsilən hissədən artıq yeni budaqlar cücərmişdir. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi bildirmişdir ki, şikayət vermiş şəxsin kəsdiyi həmin ağaclar kök üstdə yaş ağaclar olmuşdur. Ağacda budama aparılarkən bələdiyyəyə müraciət olunmalı, ekologiya idarəsindən icazə alınmalı idi. Şikayət vermiş şəxsdən aöacların onun torpaq sahəsində yerləşib-yerləşmədiyini soruşanda o, bildirmişdir ki, həmin ağaclar onun mülkiyyətinə gedən yolun üstündə yerləşir. İdarənin müfəttişləri izahat-araşdırma işləri aparmış və məlum olmuşdur ki, İ.Bədəlov mülkiyyətində olmayan torpaq sahəsində əkilmiş ağacları kəsmiş, aparmaq üçün avtomobilinə yükləmiş, hadisə yerində çəkilmiş fotoşəkillər də vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbeh verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərardan müəyyən olunur ki, X6 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsinin tələblərini pozduğuna görə 2000 (iki min) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar