Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1098/2023 06.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, Xaçmaz rayon məhkəməsinin icraatında olan 3(067)-1098/2023 və 3(067)-1098/2023 saylı inzibati işlərin materiallarında baxaraq, müəyyənetdi: Xaçmaz rayon məhkəməsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddələri ilə tərtib edilmiş 3(067)-1098/2023 və 3(067)-1144/2023 saylı inzibati xəta haqqında işlər daxil olmuşdur. Məhkəmə hər iki iş eyni vaxtda daxil olduğundan və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cərimə edildiyindən hesab edir ki, hər iki iş bir icraatda birləşdirilərək qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İcraatımda olan 3(067)-1098/2023 və 3(067)-1144/2023 saylı inzibati xəta haqqında işlərin materiallarından görünür ki, hər iki inzibati xətalar Şəxs tərəfindən törədilib və belə olan halda, AR İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd olunan işlər bir icraatda birləşdirilərək, eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənləri və AR İXM-nin 34-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə olan 3(067)- 1098/2023 saylı inzibati xəta haqqında iş icraatımda olan 3(067)-1144/2023 saylı işə birləşdirilsin və işin icraatına xitam verilsin. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1098/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1098/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver