Məhkəmə qərarları › İş №3(067)-110/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-110/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-110/2021 05.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Məhkmənə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə , Zərərçəkmiş şəxs X1, Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1977-ci il tarixdə, Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə X2 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, hər ailədə olduğu kimi onların ailəsində də mübahislər baş verir. xx xxxxxx 2020-ci il tarixdə onların arasında yenə mübahisə baş vermişdir. Mübahisəyə səbəb Sevincin bişirdiyi yeməyin onun xoşuna gəlməməsi olmuşdur. Bu zaman o, sevincə irad bildirmişdir. Sevinc isə əvəzində onun anası Səmayəni söymüşdür. O, sevincin bu hərəkətində əsəbiləşib və Sevimcin üzərinə yeriyib. Sevinc isə ondan qaçıb. O, Sevincin arxasınca qaçsa da ona çata bilməyib və buna görə də arxadan qıç nahiyyəsinə 2 dəfə təpiklə vurmuşdur. Bu zaman Sevinc yenidən qaçaraq atası Xanbaba Hüseynovun üzbəüz yerləşən evinə girmiş və bundan sonra onun Sevinclə heç bir mübahisəsi olmamışdır. Törətdiyi əmələ görə arvadı Sevincdən üzr istəmiş və onlar barışmışlar. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X3 bildirmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs onun əridir. xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində əri İkram evə sərxoş vəziyyətdə gəlmiş və səbəbsiz yerə onunla mübahisə etməyə başlamışdır. Daha sonra İkram onun üstünə hücüm çəkib onu yerə yıxaraq qıç nahiyyəsinə və baş nahiyəsinə təpiklə vurmuşdur. Bundan sonra o, huşunu itirmişdir. Özünə gələndən sonra əl-üzünü yuyaraq atası Xanbaba Hüseynovun yaşadığı evə gedərək ailəsinə baş vermiş hadisəni danışmışdır. xx xxxxxx 2020-ci il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinə baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Hazırda onlar barışmışlar. İnzibati xəta törətmiş şəxs Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məjəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43-48, 53, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar