Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-110/2023 16.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 110-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 14 yanvar 2023-cü il tarixdə, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsində ictimai yerdə nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, 14 yanvar 2023-cü il tarixdə səs-küy saldığı üçün polis əməkdaşları onu intizamlı olmağa dəvət etsələr də, o, sakitləşməyərək hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Həmçinin bildirmişdir ki, o, törətdiyi əməldən çox peşmandır, səhv etdiyini anlayır. Bir daha polis əməkdaşlarına qarşı hörmətsizlik etməyəcək. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarında olan 14 yanvar 2023-cü il tarixli raportlardan, Xudat polis bölməsinin polis əməkdaşlarının həmin tarixli izahatlarından müəyyən edilir ki, Şəxs onun barəsində şikayət edildiyindən nalayiq ifadələr işlətdikdə polis əməkdaşları onu nizamintizama dəvət edib, təkrar ona hüquq və vəzifələrini izah edib nalayiq ifadələr işlətməməsi barədə xəbərdarlıq edərək onlarla polis bölməsinə getməsini bildirmişlər. Lakin o, növbətçi hissədə də iş rejimini pozaraq öz qanunazidd hərəkətlərini davam etdirmişdir. İş materiallarından müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 14 yanvar 2023-cü il tarixdə saat 21:30-dan 16 yanvar 2023-cü il tarixə saat 11:30-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1993-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun xx.xx.2023-cü il saat 21:30-dan xx.xx.2023-cü il saat 11:30-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-110/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-110/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver