Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1104/2025 19.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Axmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Xaçmaz rayonu Çinartala kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu Çinartala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 08-30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onları təhqir edərək polisin qanuni tələbinə qəsdən tabe omamışdır. Məhkəmə iclasında Xaçmaz rayon PŞ-nin İTB-nin sahə rəisi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08-30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onları təhqir edərək polisin qanuni tələbinə qəsdən tabe omamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, xx.xx.2025ci il tarixdə saat 08-30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməmiş, polis əməkdaşlarına qarşı qanunsuz hərəkət etməmişdir. Məhkəmə iclasında şahid kimi izahat vermiş Şahid6 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 08-30 radələrində Xaçmaz rayon Mühafizə Şöbəsinin yaxınlığında bir qrup vətəndaşın arasında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polisin ünvanına ucadan nalayiq ifadələr və söyüşlər söymüş, o özü və başqa polis əməkdaşları Şəxs yaxınlaşıb nizam-intizama dəvət etdikdə, buna heç bir məhəl qoymayıb qanunsuz hərəkətlərini aqressiv şəkildə davam etdirmişdir. Şəxs bu qanunsuz hərəkətləri ümumilikdə 10 dəqiqəyə yaxın davam etmişdir. Şəxs nizam-intizama dəvət edən zaman, o nalayiq söyüşlər söyüb nümayişkaranə şəkildə polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid kimi izahat vermiş Şahid1 göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə, saat 08-30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onları təhqir edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onu nizam-intizama dəvət edən zaman, onlara tabe olmaqdan qəsdən imtina etmiş, polis işçilərinə söyüş söyməkdə davam etmişdir. Bu barədə Xaçmaz RPŞ-nin növbətçi hissəsinə məlumat verildikdən sonra həmin yerə postpatrul xidməti əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid kimi izahat vermiş Şahid2 göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə, saat 08-30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmiş, polisin qanuni tələbinə qəsdən tabe omamışdır. Onu nizam-intizama dəvət edən zaman, onlara tabe olmaqdan qəsdən imtina etmişdir. Məhkəmə iclasında şahid kimi izahat vermiş Şahid3 göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə, saat 08-30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. Onu nizamintizama dəvət edən zaman öz qanunsuz hərəkətlərini davam etdirərək polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid4 göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 08-30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. Onu nizamintizama dəvət edən zaman həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirmiş, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid5 göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 08-30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. Şəxs onu nizam-intizama dəvət edən zaman sonuncu öz qanunsuz hərəkətlərini davam etdirərək polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, şahid izahatları və iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. - Xaçmaz rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 08- 30 radələrində Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, söyüşlər söyərək onları təhqir etmiş, onu nizam-intizama dəvət edən zaman öz qanunsuz hərəkətlərini davam etdirmiş, şöbə rəisinin və digər polis əməkdaşlarının ünvanına söyüş söyməkdə davam etməklə polisin qanuni tələbinə tabe olmaqdan qəsdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 19 iyul 2025-ci il saat 13:45-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-1104/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1104/2025
19.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver