Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1105/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, 13.03.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, inzibati məsuliyyətə səlb olunmamış, Xaçmaz rayonunun, Qaraçik-Zeyid kəndində yaşayan X2 Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru polis kapitanı Elçin Tağıyevin tərtib etmiş EQ2497355, EQ2662414, EQ4340985, EQ2343453, EQ3847361, EQ3096891, EQ2389187, EQ3353831 və EQ2397114 nömrəli qərarlarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru polis kapitanı Elçin Tağıyevin tərtib etmiş EQ2497355, EQ2662414, EQ4340985, EQ2343453, EQ3847361, EQ3096891, EQ2389187, EQ3353831 və EQ2397114 nömrəli qərarlar tərtib olunmuşdur. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin DYPBnin İTÜ baş inspektoru polis kapitanı Elçin Tağıyevin tərtib etdiyi EQ2497355, EQ2662414, EQ4340985, EQ2343453, EQ3847361, EQ3096891, EQ2389187, EQ3353831 və EQ2397114 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayəti belə əsaslandırmışdır ki, 2012-ci il tarixdə əlli ilik etibarnamə ilə atasınaVAZ-21006 markalı **- BG-*** dövlət nömrə nişanlı avtomaşın almış, və o, X1 üçün notarial qaydada dövlət rüsumu ödəyib etibarnamə verib. 2015-ci il tarixdə həmin sözü gedən avtomaşını həmkəndlisi olan Məmmədov Hicran Əskər oğluna bir illik Xaçmaz rayon Notarius vasitəsilə dövlət rüsumunu ödəyib bir illik etibarnamə ilə atası Etibar Zahirov avtomobili sataraq və atasının əlli illik Xaçmaz rayon Notariat kontoru tərəfindən verilən etibarnaməsi atasından alınaraq Xaçmaz rayon Notariat kontoru tərəfindən tərəfindən ləğv edilib. Bir müddət sonra yəni 2016-cı ildə Məmmədov Hicran Əskər oğlunun etibarnamə vaxtı bitdikdən sonra Məmmədov Hicran Əskər oğlu (Tel:***-***-**-**) həmin avtomaşını digər şəxsə rəsmi heç bir notarial qaydada etibarnamə vermədən qeyri rəsmi satmışdır. Hicran Məmmədovdan soruşandakı avtomaşını kimə satmısan cavabında bildirib ki, tanımadığım bir şəxs idi. Lakin 19.11.2019-cu il tarixdə oğlum İxtiyar Zahirova DYP tərəfindən 50 manat məbləğində cərimə gəldiyi üçün mən X8 Notariat kontorunda ərizə ilə rəsmi müraciət edərək birldirmişdim ki, 17.03.2013-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan.X4 tərəfindən verilən (Nəqliyyat vasitəsindən istifadə hüququna dair) 7E-4421 nömrəli reyestr altında qeyd edilmiş etibarnamə üzrə mənə verilən səlahiyyətlərdən imtina edərək ləğv etmişəm. Halbu ki, mənim adıma olan etibarnamə avtomobili satan vaxtı ləğv edilən zaman oğlumun sürmək üçün etibarnaməsidə ləğv edilməli idi. Lakin 11 ay keçdikdən sonra yəni 2020-ci ilin oktyabr ayında mənim yaşadığım ünvana yenidən Xaçmaz DYPB-si tərəfindən mənim adıma 10 (on) protokol göndərilib. Mən Xaçmaz rayon Polis Şöbəsinin DYP-nin İTÜ baş inspektoru polis kapitanı Elçin Tağıyevə yaxınlaşaraq bildirdim ki, mən aldığım VAZ-2106 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşını satarkən etibarnaməm Xaçmaz rayon 1 saylı Notarial Kontorunda ləğv edilib, lakin cərimələr mənim sürücülük vəsiqəmə və protokollar ünvanıma gəlir. Elçin Tağıyev mənə bildirdi ki, ünvan 3dır Siz gedin onlarla həl edin. Mən Xaçmaz rayon 1 saylı Notarit Kontorunun müdiri Firdovsi Məmmədova yaxınlaşaraq etibarnamənin niyə ləğv edilmədiyini soruşanda, O, mənə bildirdi ki, bizdə sistemdə keçid dövrü olub, bütün sistem yenilənən vaxtı sistemə oturmayıb. Mən Firdovsi müəllimə öz iradımı bildirdim ki, mənim etibarnaməmi ləğv edin və cərimələr mənim ünvanıma və sürücülük vəsiqəmə gəlməsin. Cavabında Firdovsi müəllim mənə bildirdi ki, səhv bizim olsada biz etibarnaməni ləğv edə bilmirik, yalnız avtomaşının birinci sahibi etibarnamənin ləğvində iştirak etməlidir. Avtomaşının birinci sahibi məndən pul tələb edir və ona görədə atam Zahirov Etibarın adına olan etibarnaməni ləğv edə bilmirəm.Əlavə olaraq bildirirəm ki, avtomaşın hall-hazırda yoxdur avtomaşını söküb satıblar. Avtomaşının dövlət nömrə nişanı digər avtomaşınlara taxılaraq sürülür və radarlardan keçərək cəriməyə səbəb olur və həmin cərimələrdə mənim sürücülük vəsiqəmə və ünvanıma göndərilir. Avtomaşının dövlət nömrə nişanı digər avtomaşınlara taxaraq sürən Asif adlı şəxsdir (tel: ***-***-**-**). Asif adlı şəxslə mən mobil telefon vasitəsilə danışmışam və o mənə bildirib ki, maşını aldığım şəxs məndən. nəğd pul alsada maşını mənim adıma rəsmləşdirmir deyə məndə belə hərəkət edirəm. Maşının birinci yiyəsi Qədirov Elxandır. 2017-ci il tarixdən Qədirov Elxanın adına olan zaman, həmin sözü gedən avtomaşın Xaçmaz rayon İcra və Probasiya tərəfindən özgələşdirilməsinə qadağa qoyulub. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəfələrlə şifahi olaraq müraciət etmişəm ki, Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nə əmr versinlər ki, həmin sözü gedən avtomaşını saxlayıb müvəqqəti duracağa qoysunlar. Lakin Avtomaşının sahibinin ünvanın bilsələrdə, heç bir tədbir görülməyib.Dəfələrlə Daxili işlər nazirliyinin Qaynar Xətti olan 102 və 902 Xidmətlərinə zəng vuraraq izah etmişəm ki, avtomaşın manim istifadəm də, deyil və etibarnaməm ləğv edilməlidir və əlavə olaraq xahiş etmişəm ki, avtomaşının yerini öyrənin və cərimə meydançasına saxlayın. Lakin bu günə kimi heç bir nəticə əldə etməmişəm. Ona görədə mecburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1. maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən, Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru polis kapitanı Elçin Tağıyevin tərtib etmiş EQ2497355, EQ2662414, EQ4340985, EQ2343453, EQ3847361, EQ3096891, EQ2389187, EQ3353831 və EQ2397114 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru polis kapitanı Elçin Tağıyevin tərtib etmiş EQ2497355, EQ2662414, EQ4340985, EQ2343453, EQ3847361, EQ3096891, EQ2389187, EQ3353831 və EQ2397114 nömrəli qərarlarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, şikayət vermiş şəxs onun barəsində tərtib olunmuş qərarların hansı tarixdə tərtib olunması barədə hər hansı məlumat qeyd etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Q Ə R A R A A L D İ : X2 Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin İTÜ baş inspektoru polis kapitanı Elçin Tağıyevin EQ2497355, EQ2662414, EQ4340985, EQ2343453, EQ3847361, EQ3096891, EQ2389187, EQ3353831 və EQ2397114 nömrəli qərarlarından şikayəti geri qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-1105/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1105/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver