Məhkəmə qərarları › İş №3(067)-1106/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1106/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1106/2021 05.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə xx.xx.1996-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yaşayan Şəxs Mirzəğa oğlu barəsində Azərb. Res-sı İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Şəxs Mirzəğa oğlu 24.06.2021-ci il tarixdə X2 məxsus 400 manat dəyərində velosipedi, 03.07.2021-ci il tarixdə X3 məxsus 90 manat dəyərində açar dəstini, dreli və laqundanı, 03.07.2021-ci il tarixdə X1 məxsus avtomobildən 70 manat pulu, 12.08.2021-ci il tarixdə X4 məxsus bağdan 50 manat dəyərində fındıq məhsulunu, 25.08.2021-ci il tarixdə X6 cibindən 88 manat pulu və 28.09.2021-ci il tarixdə X7 məxsus evdən 30 manat pulu oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs Mirzəğa oğlu törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, 24.06.2021-ci il tarixdə X2 məxsus 400 manat dəyərində velosipedi, 03.07.2021-ci il tarixdə X3 məxsus 90 manat dəyərində açar dəstini, direli və laqundanı, 03.07.2021-ci il tarixdə X1 məxsus avtomobildən 70 manat pulu, 12.08.2021-ci il tarixdə X4 məxsus bağdan 50 manat dəyərində fındıq məhsulunu, 25.08.2021-ci il tarixdə X6 cibindən 88 manat pulu və 28.09.2021-ci il tarixdə X7 məxsus evdən 30 manat pulu oğurlamışdır. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı İlkin Abdullayevin 04 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs Mirzəğa oğlu barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Qəhrəman Qurbanovun 13 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs Mirzəğa oğlu barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Qəhrəman Qurbanovun 13 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs Mirzəğa oğlu barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Oktay Məcidovun 04 sentyabr 2021-ci il tarixli qərarı ilə Şəxs Mirzəğa oğlu barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Samir Alxanovun 08 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs Mirzəğa oğlu barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Şəxs Mirzəğa oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs Mirzəğa oğluna inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Mirzəğa oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 03 noyabr 2021-ci il saat 14:18-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar