Məhkəmə qərarları › İş №3(067)-1109/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1109/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1109/2024 23.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X7 yol polisi bölməsi yol patrul xidməti inspektoru Nümayəndə, Şikayətçi X3 iştirakları ilə, 25 iyun 1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında yaşayan X3 Xaçmaz rayon X7 X9 07 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şikayətçi X3 Xaçmaz rayon X7 X9 07 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 Əjdəroviç məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, hadisə zamanı X8na tam əməl etmişdir. Avtomobili ilə Xaçmaz şəhəri N.Nərimanov küçəsindən 28 May küçəsinə doğru hərəkətdə olduğu zaman qarşısında yol ayrıcında heç bir avtomobil olmamışdır və o, heç bir avtomobilə maneçilik törətmədən yol ayrıcına keçmişdir. Qərarda isə bu Xaçmaz şəhəri H.Əliyev küçəsi yazılmışdır, bu da qərarın o, cəhətdən yerin dəqiq göstərilmədikdədir. Çünki o, yol ayrıcını keçən vaxtı heç bir nəqliyyat vasitəsinə maneçilik törətmədən yolu keçmişdir, ancaq yol polisi inspektoru isə onun yol ayrıcını keçdiyi zaman qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermədiyini bildirərək barəsində cərimə edilməsi ilə bağlı inzibati protokol tərtib etmişdir. Digər tərəfdən də Azərbaycan Respublikası X8na əsasən yol ayrıcını digər nəqliyyat vasitəsi olacağı və heç bir maneə törədilmədiyi hallar hər hansı bir cərimə tətbiq olunmamalıdır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən hər hansı bir inzibati xəta tam sübutlarla təsdiq olunmalıdır. Lakin inspektor da bu tam olaraq sübutlarla əsaslandıra bilməmişdir. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X7 yol polisi bölməsi yol patrul xidməti inspektoru Nümayəndə göstərdi ki, yol ayrıcıdan keçməsi X8 haqqında qanunun 75-ci maddəsi nizamlayıcı yolayrıcı 76-cı maddə, nizamlamayan yol ayrıcı Yol Hərəkəti haqqında qanunun 77-ci maddəsi, 76-cı maddə hal-hazırda svetoforda nizamlanırdı, yəni işlək vəziyyətdədi, Şikayətçidə də yaşıldı, qarşı tərəfə də yaşıldı sa eyni əhəmiyyətli yoldur. Yəni Siz burda sola dönürsünzsə qarşıdan gələn nəqliyyat vasitəsi bir mənalı olaraq yol verməli idi. Şikayətçinin həmin vaxtı yol qayda pozuntusunu törətməsi ilə bağlı müvafiq video görüntülərinin olduğunu və onu məhkəməyə sübut kimi təqdim etmək istədiyini bildirdi. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon Dövlət X9 07 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 07 sentyabr 2024-cü il tarixdə X5 idarə etdiyi “VAZ 21103” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə H.Əliyev küçəsinin kəsişçməsində ki, yol ayrıcıda yerləşən svetorforun yaşıl işığının yanmasına baxmayaraq qarşıdan gələn nəqliyyat vasitəsinin ona nisbətən hərəkət üstünlüyünü nəzərə almayaraq sola dönərək hərəkətini davam etidirməklə qüvvədə olan qanunun tələblərini pozmuşdur; 07 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 07 sentyabr 2024-cü il tarixdə X5 idarə etdiyi “VAZ 21103” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən yol ayrıcında dayanma durma qaydaları ilə bağlı qüvvədə olan qanunun tələblərini pozmuşdur. Buna əsasən X5 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 90 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, 07 sentyabr 2024-cü il tarixdə X2 idarə etdiyi “VAZ 21103” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarına düzgün əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 1-ci maddəsinin 12ci bəndində göstərilir ki, nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. Həmin Qanunun 76-cı maddəsinin İ hissəsində qeyd olunur ki, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. X4 Əjdəroviç hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Əksinə qərarından şikayət verilmiş X10inin inspektoru qərarın əsaslı olduğunu təsdiq edən video görüntünü məhkəməyə təqdim edərək, X3 inzibati xəta törətməsini sübuta yetirmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon Dövlət X9 07 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayətçi X3 Xaçmaz rayon Dövlət X9 07 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar