Məhkəmə qərarları › İş №3(067)-111/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-111/2021

06.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-111/2021 06.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1972-сi ildə Xaçmaz şəhərində anadan olan, Azərbayсan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonunun, Dədəli kəndində yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 510-сu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx xxxxxx 2021-сi il tarixdə sərxoş vəziyyətdə X2 söyərək xırda xuliqanlıq etmiş, bunula da iсtimai qaydanı pozan hərəkətlər edərək, AR İXM-nin 510-сu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, zərərçəkmiş şəxs X3 onun atasıdır. xx xxxxxx 2021-сi il tarixdə o, sərxoş vəziyyətdə yaşadığı Xaçmaz rayonunun, Dədəli kəndindəki evə gəldiyi vaxt, valideynləri ona içkili vəziyyətdə evə gəldiyini irad tutduqda onlar arasında mübahisə yaranmış və o, onları nalayiq söyüşlərlə söymüşdür. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadə verərək göstərmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs onun oğludur. xx xxxxxx 2021-сi il tarixdə, yaşadığı Xaçmaz rayonunun Dədəli kəndindəki evində olduğu zaman oğlu Vəadar Yusifov sərxoş vəziyyətdə evə gəldiyi üçün ona öz iradını bildirdikdə, Vəfadar onunla mübahisə etmiş və onu nalayiq söyüşlərlə söymüşdür. Ona görə də, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxsin Azərb.Res-sı İXM-nin 510-сu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafediсi izahatı, həmçinin, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxx 2021-сi il tarixli protokolla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbayсan Respublikası İXM-nin 510-сu maddəsi ilə təqsirli bilinib ona 15 (on beş) gün həbs inzibati tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2021-сi il saat 12:50-dən hesablansın. Qərarın surəti iсra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar