Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1111/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Zərərçəkən şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri Ş.Qurbanov küçəsi 70A saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1255/2015 saylı 08.09.2015-ci il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 140 manat miqdarında aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun icra sənədi üzrə borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1255/2015 saylı 08.09.2015-ci il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Son ödəniş yanvar ayında 150 manat olub. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-1255/2015 saylı 08.09.2015-ci il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. İcra sənədi üzrə ödənişlər etmişdir. Borcunu ödəyəcəkdir. Bu ilin yanvar ayında ödəniş edib. Əlavə olaraq bildirdi ki, oğlu Qarabağ döyüşləri iştirakçısıdır. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkən izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon məhkəməsinin 2(067)-1255/2015 saylı 08.09.2015-ci il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında aliment ödəməlidir. Borcunun tam ödənilməsini tələb edir. Son ödəniş yanvar ayında olub. Cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və oğlunun müharibə iştirakçısı olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1976-cı ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 750 (yeddi yüz əlli) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1111/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1111/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver