Məhkəmə qərarları › İş №3(067)-1111/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1111/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1111/2025 05.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Xaçmaz rayon Nərəcan Bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional Şöbəsinin Xaçmaz rayon Nərəcan Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə 14 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Xaçmaz rayon Nərəcan Bələdiyyəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Xaçmaz rayon Nərəcan Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional Şöbəsinin nümayəndəsi Nümayəndə zahatında bildirmişdir ki, X4 işlədiyi bələdiyyədən öz xahişi ilə işdən çıxması ilə bağlı etmiş olduğu müraciəti əsasında 01 yanvar 2023-cü il tarixdən işdən azad olunmuşdur. Vüqar Hacıyev işdən azad olunandan sonra bələdiyyələrin birləşdirilməsi prosesi getmiş və şəxs işdən azad olunandan sonra ona sonuncu haqq-hesabı ödənilməmişdir. Artıq Uzunoba bələdiyyəsi ləğv olunduğuna görə Nərəcan bələdiyyəsinə birləşdiyinə görə həmin öhdəliklər Nərəcan bələdiyyəsinə keçir ki, şikayətçinin son haqq hesabı həmin bələdiyyə ödəməlidir. Şəxsin onlara etmiş olduğu müraciətinə əsasən araşdırılma aparılması ilə bağlı Xaçmaz rayon Nərəcan Bələdiyyəsinə müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı müraciət edilsə də Bələdiyyə həmin sənədləri təqdim etməmiş və bu səbəbdən barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - 14 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X2 Xaçmaz rayon Nərəcan Bələdiyyəsində əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Bələdiyyə rəhbərliydən 12 iyun 2025-ci il tarixli, 3- 17-5/2-53112/2025 nömrəli məktubla 10 (on) iş günü müddətində aidiyyəti sənədlər tələb olunsa da, təqdim edilməmiş, müraciətə rəsmi münasibət bildirilməmişdir - 12 iyun 2025-ci il tarixli, 3-17-5/2-53112/2025 nömrəli Xaçmaz rayon Nərəcan Bələdiyyəsinə məktubundan görünür ki, hüquqi şəxsə rəsmi qaydada məktub göndərilmiş, həmin məktub xx.xx.2025-ci il tarixində alıcıya çatdırılmış, SS929439570AZ göndərmə kodundan çıxarış qeyd olunanları təsdiq edir. - 04 iyul 2025-ci il tarixli 3-17-5/2-59885/2025 nömrəli Xaçmaz rayon Nərəcan Bələdiyyəsinə məktubundan görünür ki, hüquqi şəxsə tərtib olunmuş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək üçün dəvət edilmiş, həmin protokola dəvət məktubu 10 iyul 2025-ci il tarixində alıcıya çatdırılmış, SS929487473AZ göndərmə kodundan çıxarış qeyd olunanları təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, Xaçmaz rayon Nərəcan Bələdiyyəsi barəsində düzgün olaraq İXM-in 539.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş sübutlara əsasən vətəndaş X2 Xaçmaz rayon Nərəcan Bələdiyyəsində əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Bələdiyyə rəhbərliydən 12 iyun 2025-ci il tarixli, 3-17-5/2-53112/2025 nömrəli məktubla 10 (on) iş günü müddətində aidiyyəti sənədlər tələb olunsa da, hüquqi şəxs tərəfindən müraciətə rəsmi münasibət bildirilməmişdir. Bununla da, Xaçmaz rayon Nərəcan Bələdiyyəsinin əməlində həmin maddənin tərkib əlamətləri olduğundan Bələdiyyə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə araşdırması zamanı hüquqi şəxs Xaçmaz rayon Nərəcan Bələdiyyəsinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Xaçmaz rayon Nərəcan Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməli barəsində tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Xaçmaz rayon Nərəcan Bələdiyyəsi (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional Şöbəsinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar