Məhkəmə qərarları › İş №3(067)-1112/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1112/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1112/2021 11.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, 11.07.1969-cu ildə Xaçmaz rayonunun, Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Çiləgir kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 14 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində qohumu X2 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf edərək bildirmişdir ki, onun barəsində şikayət etmiş Yasəmən Cabarova onun qardaşı Cabir Cabarovun arvadı olmaqla Yasəmən ailəsi ilə bir yerdə onun anası ilə ata evində yaşamışdır. O, isə arvadı Afətin ata evinin həyətində ev tikərək həmin evdə yaşamışdır. Təxminən 2 il bundan əvvəl qardaşı Cabir atasına məxsus torpaq sahəsindən ona 10 sot torpaq sahəsi vermiş və o, həmin sahəni dəmir torla hasarlamışdır. Bundan sonra o, ailəsi ilə bir yerdə işləməyə Bakı şəhərinə getmiş və o, Bakı şəhərində olan zaman qızı ona Cabirin onun hasarladığı dəmir toru sökdüyünü demişdir. Daha sonra o, Bakı şəhərindən qayıtdıqdan sonra o, anasına yaxınlaşaraq anasından qeyd olunan torpaq sahəsini istəmiş və anası ona həmin ərazini hasrlmasım demişdir. Ona görə də o, 13 oktyabr 2021-ci il tarixdə ona verilmiş 10 sot torpaq sahəsini yenidən dəmir torla hasarlamışdır. 14 oktyabr 2021-ci il tarixdə o, bağ sahəsinə baş çəkməyə gedərkən bağ sahəsində 1 ədəd xurma ağacının yerə yıxıldığını və bir-iki ədəd fındıq ağaclarının kəsildiyini görmüşdür. Həmin günü günorta saatlarında o, Yasəmənin yaşadığı ünvana gedərək Yasəməndən ağacları nəyə görə kəsdiyini soruşmuş və Yasəmən ona yaxşı edib kəsmişəm deyərək onun ünvanına nalayiq söyüş söymüşdür. Həmin vaxt o, Yasəmənə baş qoşmayaraq Yasəmənin onu nalayiq söyüşlərlə söydüyünə görə ona tərəf tüpürərək çıxıb getmişdir. Sonradan o, Yasəmənin onun barəsində şikayət etdiyini eşitmişdir. Lakin o, özünün Yasəmənin üzünə deyil, ona tərəf tüpürdüyünü, Yasəməni sillə ilə vurmadığını və onların aralarında torpaq sahəsi ilə bağlı mübahisələrinin gələcəkdə davam etməsi ehtimalı olduğunu bildirmişdir. Hal-hazırda o, zərərçəkmişə qarşı törətdiyi əmələ görə ondan üzr istəmiş və onlar barışmışlar. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadə verərək göstərmişdir ki, barəsində şikayət etmiş Şəxs onun qaynı olmaqla onunla qonşuluqda yaşamışdır. Bundan əlavə Şahin iki dəfə ailə həyatı qurmuş, lakin qayınanasının ikinci gəlini də yola vermədiyi üçün Şahin arvadının valideynlərinin yaşadıqları evin həyətində özünə ev tikərək həmin evdə yaşamışdır. Son vaxtlar Şahin onun ərinə vəsiyyətnamə əsasında verilmiş həyətyanı bağ sahəsindən pay istəməyə başlamış və həmin vaxtdan onların aralarında mülk ilə bağlı mübahisələri başlanmışdır. Təxminən 2 gün bundan əvvəl Şahin onlara bir söz demədən ərinin adma olan bağ sahəsini iki yerə ayıraraq özünə pay ayırmış və həmin ərazini dəmir torla hasarlamışdır. 14 oktyabr 2021-ci il tarixdə, təxminən saat 11 radələrində o, qayıanasına, Şahinin ayırdığı bağ sahəsinə düşən , özünün əkdiyi ağacları kəsəcəyini deyərək həmin ağaclardan birini kəsmişdir. Həmin günü təxminən saat 13:30 radələrində o, evdə uşaqlarına yemək verən zaman Şahin onun yaşadığı ünvana gələrək ondan ağacı kim kəsdiyini soruşmuş və o, Şahinə, ağacı özü əkdiyini və özünün də kəsdiyini bildirmişdir. Bu zəmində onun Şahinlə aralarında mübahisə yaranmış və mübahisə zamanı Şahin onun ünvanına nalayiq söyüşlər söyərək üzünə tüpürmüş və sifət nahiyəsinə sillə ilə vurmuşdur. Bundan sonra Şahin onu döymək istəyərkən gəlini Calə vəqızı Xanbacı Şahini evdən çölə çıxarmışlar. Daha sonra Şahin arvadı ilə bir yerdə yenidən onun yaşadığı ünvana gələrək mübahisəni davam etmiş və yenidən onun ünvanına nalayiq söyüşlər söymüşdür. Ona görə də qızı Xanbacı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bundan sonra o, Şahin barəsində Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin o, qaynı Şahinin uzun müddətdr ki, onlarla mülklə bağlı mübahisə etdiyini və həmin mübahisələrin gələcəkdə davam edəcək ehtimalı olduğunu bildirmişdir. Hal-hazırda inzibati xəta törətmiş şəxs ona qarşı törətdiyi əmələ görə ondan üzr istəmiş və onlar barışmışlar. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 157-cimaddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 43- 48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar