Məhkəmə qərarları › İş №3(067)-1112/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1112/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1112/2025 23.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1991-ci ildə Rusiya Federasiyasının Kemerovo vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Müşkür kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Yaşıl-bağ restoranının yaxınlığında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gəitilərək tibbi müayinədən keçirilərkən şəxsin narkotik vasitəsindən istifadə etməsi müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Nümayəndə göstərdi ki, xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaş Xaçmaz rayonu Müşkür kəndində yaşayan Şəxs Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən Yaşılbağ restoranının yaxınlığında saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilərək tibbi müayinədən keçirildikdən sonra şəxsin narkotik vasitəsindən istifadə etməsi müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək barəsində tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etdiyi zaman travma almışdır. Aldığı travmanın ağrısından dayana bilmədiyi üçün narkotik vasitəsindən istifadə etmək məcburiyyətində qalmışdır. O, həmin narkotik vasitəsindən istifadə edərkən ağrıları sakitləşir, istifadə etməzsə onun ağrılarına tab gətirə bilmir və buna görə də o, narkotik vasitəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyul 2025-ci il tarixli qərar, inzibati xəta haqqında 23 iyul 2025-ci il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. İş materiallarında olan X7 Şəxsi Ambulator X1 23 iyul 2025-ci il tarixli, 4375 nömrəli rəyindən görünür ki, 23 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsində Ambulator məcburi narkoloji tibbi yoxlama zamanı Şəxs kannabinoidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin istehlakı) maddəsinin tərkibi əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Müharibə Veteranı vəsiqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası ərazi bütövlüyü uğrundan aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsini, Qarabağ döyüşləri iştirakçısı olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar