Məhkəmə qərarları › İş №3(067)-1113/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1113/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1113/2025 04.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası FHN-nin X10 Xidmətinin Şimal Regional X8 İdarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 11 mart 2025-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 Azərbaycan Respublikası FHN-nin X10 Xidmətinin Şimal Regional X8 İdarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 11 mart 2025-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona 11 mart 2025-ci il tarixdə FHN-nin X10 Xidmətinin Şimal Regional X8 İdarəsi tərəfindən MN № ******* nömrəli qərara əsasən 100 manat cərimə yazılmışdır. Həmin qərar ona İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, yəni Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının pozulmasına və ya yerinə yetirilməsinə görə yazılmışdır. Qərar barəsində nə vaxt və hansı səbəbə görə tərtib olunmasından onun xəbəri olmamışdır. Xaçmaz rayon icra və probasiya idarəsi tərəfindən ilk dəfə telefonuna 100 manat cərimə borcunun ödənilməsi barədə bildiriş gəldikdə bu barədə xəbəri olmuşdur. Məsələni aydınlaşdırmaq üçün Xaçmaz icra və probasiya idarəsinə və FHN-nin X10 Xidmətinin Şimal Regional X8 İdarəsinə yaxınlaşmışdır. İlk dəfə qərarı rəsmi qaydada xx.xx.2025-ci ildə almışdır və qərarla tanış olmuş və daha sonra həmin qərardan xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. Bundan başqa, sənədlərin heç bir yerində X4 imzasının olmaması və səlahiyyətli şəxslərin bununla bağlı heç bir qeyd aparmaması, qərarın tam qanunsuz və prossesual pozuntular aparılmaqla qəbul olunmasını təsdiq edir. X10 Xidmətinin Şimal Regional X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin müddəalarının pozulması əsası ilə onun barəsində tərtib olunmuş MN ******* nömrəli qərar ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Xaçmaz rayon Susayqışlaq kəndində yaşayır. Xaçmaz rayonu Aşağı-Ləgər kənd orta məktəbində direktor müavini vəzifəsində işləyir, bundan əlavə məktəbin direktoru olmadığı üçün o, direktor vəzifəsini icra edir. İşlədiyi məktəb 2017-ci ildə tikilərək istifadəyə verilmişdir. Məktəbin elektrik xətlərinin standartlara uyğun olmaması, yanğın söndürən balonlarının istismar müddətinin bitməsi və digər bu kimi nöqsanların aradan qaldırılması ilə bağlı məktəbə gəlmiş X10 Xidmətinin Şimal Regional X8 İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə ona bildirilmiş və cərimə olunacaqı ilə bağlı xəbərdar edilmişdir. O, da öz növbəsində bu barədə Təhsil Şöbəsində bu işə adiyyatı olan şəxslərə təqdimat ilə müraciət etmiş və etmiş olduğu müraciəti ilə bağlı maraqlanmışdır. Lakin buna baxmayaraq etmiş olduğu müraciətin heç bir müsbət həlli olmamışdır. Daha sonra Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona gəlmiş bildiriş əsasında şöbəyə getdiyi zaman məlum olmuşdur ki, o, inzibati qaydada cərimə olunmuşdur. O, həmin qərarın surətini icra şöbəsindən 03 iyun 2025-ci il tarixdə almış və həmin qərar ilə razı olmayaraq məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati qərar qəbul etmiş Azərbaycan Respublikası FHN-nin X10 Xidmətinin Şimal Regional X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında tədqiq edilən 11 mart 2025-ci il tarixli, MN № ******* saylı Azərbaycan Respublikası FHN-nin X10 Xidmətinin Şimal Regional X8 İdarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 11 mart 2025ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Xaçmaz rayonu, Aşağı-Ləyər kəndində yerləşən ümumi orta məktəbdə xx.xx.2025-ci il tarixdə keçirilən yanğın texniki müayinə zamanı məlum oldu ki, YTQ № 06-2004, bənd: 11- 1; 3-2; 415; 5.1.3-ün tələbləri pozulmuşdur. X5 barəsində 100 məbləğində cərimə şərti olaraq tətbiq edilmişdir. Məhkəmə, şaikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir Məhkəmə hesab edir ki, X5 tərəfindən inzibati xətaya yol verilməməsi, həmçinin inzibati icraat qaydalarının pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı sübutla əsaslandırılmamışdır. Belə ki, məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, 11 mart 2025-ci il tarixdə, Xaçmaz rayonu, Aşağı-Ləyər kəndində yerləşən ümumi orta məktəbdə xx.xx.2025-ci il tarixdə keçirilən yanğın texniki müayinə zamanı məlum oldu ki, YTQ № 06- 2004, bənd: 11-1; 3-2; 415; 5.1.3-ün tələbləri pozulmuşdur. Nəticə də X5 tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 3-cü ərazi X8 idarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 11 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 3-cü ərazi X8 idarəsi tərəfindən qəbul edilmiş İXMnin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 11 mart 2025-ci il tarixli, MN № ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 3-cü ərazi X8 idarəsi tərəfindən qəbul edilmiş İXMnin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 11 mart 2025-ci il tarixli, MN № ******* saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar