Məhkəmə qərarları › İş №3(067)-1115/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1115/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1115/2021 11.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun, zərərçəkən şəxs X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Rəhimoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Rəhimoba kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs 2021-ci ilin fevral ayında zərərçəkmiş şəxs X3 guya yol istismar idarəsinə məxsus dövriyyədən çıxarılmış traktoru lizinq vasitəsilə sata biləcəyini və bunun qarşılığında 250 manat pul verməli olduğunu bildirmiş və zərərçəkmiş şəxsdən həmin məbləğdə pulu aldadaraq almışdır. Bundan başqa, Şəxs 2021-ci ilin fevral ayında zərərçəkmiş şəxs X6 guya yol istismar idarəsinə məxsus dövriyyədən çıxarılmış traktoru lizinq vasitəsilə sata biləcəyini və bunun qarşılığında 250 manat pul verməli olduğunu bildirmiş və zərərçəkmiş şəxsdən həmin məbləğdə pulu aldadaraq almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, zərərçəkmiş şəxslər X1 və X4 aldadaraq hərəsindən ayrı-ayrılıqda aldığı 250 manat pulu sonradan özlərinə qaytarmış və onlar barışmışlar. Məhkəmə iclasında zərərşəkən şəxs X7 izahatında bildirmişdir ki, Şəxs ona vurduğu ziyanı hazırda tamamilə ödəmiş və onlar barışmışlar, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, o, zərərçəkmiş şəxs X5 qardaşıdır. Şəxs qardaşı Samir Yadigarova vurduğu ziyanı hazırda tamamilə ödəmiş və onlar barışıblar. İş materiallarında olan 11 mart 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan müəyyən edilir ki, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 11 noyabr 2021-ci il tarixli ərizələrdən müəyyən edilir ki, Şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş və onlar barışmışlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslərlə barışdıqlarından onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs 10 noyabr 2021-ci il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Rəhimoba kəndində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalında həbsdən (inzibati qaydada tutulmadan) dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar