Məhkəmə qərarları › İş №3(067)-112/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-112/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-112/2024 21.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı X2, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Xaçmaz Gömrük İdarəsi “ Xanoba” gömrük postundan ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 40BU557/40ZA067 nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasının sağ və sol tərəflərində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə gömrük nəzarətinə bəyan olunmayan 10 ədəd “Stihl HP 1İ” markalı, 27 ədəd “Stihl HP 1İ” markalı mişar yağı, 32 ədəd “Stihl 4140 1308D MC2” markalı, 12 ədəd “Stihl 6118-702-5001 1ST” markalı, 25 bağlama hər birində 5 ədəd “Stihl 4238-190-1001 markalı, 3 bağlama hər birində 10 ədəd “Stihl 6336-704- 1000” markalı, 25 qutu hər birində 12 ədəd “Stihl 200x5.5 mm” markalı, 25 qutu hər birində 12 ədəd “Stihl 200x4.8 mm” markalı, 50 qutu hər birində 12 ədəd “Stihl 200x4 mm markalı, 3 ədəd “Stihl BG 50 4229-080-2107” markalı, 5 bağlama hər birində 5 ədəd “Stihl 4201- 708-3004” markalı, 1 bağlamada 5 ədəd “Stihl 4201-708-3014” markalı, 5 bağlamada “Stihl 6241-642-0390” markalı, 1 ədəd “Stihl 4180/60A A291” markalı, 1 ədəd “Stihl 21** BR ***0/09-B-Al” markalı, 1 bağlamada 5 ədəd “Stihl 4134-140-3801” markalı elektrikli otbiçən üçün ehtiyat hissələri aşkar olunaraq protokol əsasında götürülmüşdür. xx.xx.2023-cü il tarixdə məhkəmə əmtəəşunaslıq ekspertizasının təyin edilməsi barədə qərardad tərtib olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023 cü il tarixli, 3-16-16/2-9/8718/2023 nömrəli ekspertiza rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş hüquqpozma predmetlərinin orta bazar qiyməti 13319 manat təşkil etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Xaçmaz Gömrük idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəxs idarə etdiyi avtomobilə gömrük baxışı keçirilmiş gömrüyə bəyan edilməyən otbiçən üçün ehtiyyat hissələri aşkar edilərək protokol əsasında götürülmüşdür. Protokolu o, özü tərtib etmişdir. Protokol əsasında gömrüyə gətirilən mallar rəsmi bəyannamədə qeyd olunmamışdır. Ona görə də qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli olduğunu bildirərək izahatında göstərmişdir ki, avtomobilində aşkar olunmuş, bəyan edilməyən mallar ona məxsus deyildir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır həqiqətən onun tərəfindən inzibati xəta törədilmişdir. İlk dəfədir ki, belə xəta törətmişdir. Protokol əsasında ondan götürülmüş malların sahibinə geri qaytarması üçün həmin malların ona qaytarılmasını və barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan və audio-video diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Xaçmaz Gömrük İdarəsi “ Xanoba” gömrük postundan ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 40BU557/40ZA067 nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasının sağ və sol tərəflərində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə gömrük nəzarətinə bəyan olunmayan 10 ədəd “Stihl HP 1İ” markalı, 27 ədəd “Stihl HP 1İ” markalı mişar yağı, 32 ədəd “Stihl 4140 1308D MC2” markalı, 12 ədəd “Stihl 6118-702-5001 1ST” markalı, 25 bağlama hər birində 5 ədəd “Stihl 4238-190-1001 markalı, 3 bağlama hər birində 10 ədəd “Stihl 6336-704- 1000” markalı, 25 qutu hər birində 12 ədəd “Stihl 200x5.5 mm” markalı, 25 qutu hər birində 12 ədəd “Stihl 200x4.8 mm” markalı, 50 qutu hər birində 12 ədəd “Stihl 200x4 mm markalı, 3 ədəd “Stihl BG 50 4229-080-2107” markalı, 5 bağlama hər birində 5 ədəd “Stihl 4201- 708-3004” markalı, 1 bağlamada 5 ədəd “Stihl 4201-708-3014” markalı, 5 bağlamada “Stihl 6241-642-0390” markalı, 1 ədəd “Stihl 4180/60A A291” markalı, 1 ədəd “Stihl 21** BR ***0/09-B-Al” markalı, 1 bağlamada 5 ədəd “Stihl 4134-140-3801” markalı elektrikli otbiçən üçün ehtiyat hissələri aşkar olunaraq protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8718 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların ümumi orta bazar qiyməti 13319 manat müəyyən edilmişdir. Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən Şəxs barəsində 13 yanvar 2024-cü il tarixli, 01400-09251/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli icraatın başa çatdırılması haqqında raportdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində 01400-09251/23 saylı inzibati xəta haqqında iş üzrə icraatı 13 yanvar 2024-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə araşdırması zamanı X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxstərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 60 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 13319 manat olan malın dəyərinin 60 (altımış) faizi miqdarında, yəni 7991 (yeddi min doqquz yüz doxsan bir) manat məbləğində ödəniş, günü Azərbaycan manatına məzənnəsi hesablanmaqla cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (yüz) manat məbləğində pul Şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar