Məhkəmə qərarları › İş №3(067)-1121/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1121/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1121/2025 06.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida X2-X13 nümayəndəsi X10, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8 iştirakları ilə, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X8 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə inzibati xəta üzrə material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə, saat 17-40 radələrində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən un satışı mağazasında istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə maneçilik törətmiş və səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamışdır. Bununla da, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida X2-X13 nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 17-40 radələrində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən un satışı mağazasında istehlakçı hüquqlarının müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə maneçilik törətmiş və səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamışdır. Bununla da, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, onlar ət məhsulları, kəsim yerinə və qeydiyyatla bağlı baxış keçirirlər. Fərdi sahibkar X11 xx.xx.2025-ci il tarixli QXYQ-139 saylı qərar əsasında planlı yoxlamaya cəlb olunmuşdur. Yoxlamanın başlama tarixi xx.xx.2025, başa çatma tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Şəffaf yoxlamalar üçün canlı çəkilişlər aparılır. Onlar yoxlamanı VÖEN-ə əsasən aparıblar. xx.xx.2025-ci il tarixdə X8 fəaliyyət göstərdiyi ünvana baxış keçirilərkən həmin ünvanda başqa sahibkarlıq subyektinin "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyət göstərdiyi məlum olmuşdur. Bu səbəbdən planlı yoxlamanın keçirilməsi baş tutmamış, vergi orqanına müvafiq sorğu verilmiş, Agentliyinin X5 xx.xx.2025-ci il tarixli QXDQ-139 saylı qərarı ilə yoxlama xx.xx.2025-ci il tarixinədək dayandırılmışdır. 11 və 12 iyun 2025-ci il tarixlərində sahibkarla əlaqə yaratmaq mümkün olmamış, sahibkarın oğlu atasının xəstə olması ilə bağlı obyektə gələ bilmədiyini bildirmiş, bu səbəbdən yoxlamanın aparılması mümkün olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X11 izahat verərək bildirmişdir ki, may ayında yoxlamaya icazə vermiş, lakin oxuya bilmədiyinə görə heç bir sənədi imza etməmişdir. O, xəstədir, insult keçirimişdir. Buna görə də, mağazanı işlədə bilmir və 2025-ci ilin yanvar ayından mağazanı "xxxx" MMC-yə icarəyə vermişdir, ona məxsus mağaza həmin MMC-nin adına X3 reyestrində un satışı üçün anbar kimi qeydiyyata alınmışdır. Sahibkar olaraq özünün X6 verdiyi ərizəsi əsasında Agentliyin xx.xx.2025-ci il tarixli qərarı ilə qeydiyyatı ləğv olunmuşdur. Xəstəliyi kəskinləşdiyinə görə yoxlama ilə bağlı obyektə gələ bilməmiş və bu barədə yoxlayıcılara məlumat verilmişdir. Onun, xəstəliklə bağlı xəstəxanalarda müalicədə olmasını təsdiq edən ambulator kitabçadan çıxarışı və başqa tibbi sənədləri vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - X11 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, İ.Qayıbov küçəsində yerləşən ona məxsus 28.8 kv.m. qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə 5 il müddətinə icarəyə vermişdir. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin obyektin qeydiyyatı barədə xx.xx.2025-ci il tarixli 27-Q-01450 saylı reyestr çıxarışının surətindən müəyyən olunur ki, unun topdan satışı ilə məşğul olduğu "xxxx" MMC-nin Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən obyekti Agentliyin qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Qida X4 məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatının ləğv olunması haqqında xx.xx.2025-ciil tarixli, № QTL- 336/3/44/7 saylı qərarından müəyyən olunur ki, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”nə xx.xx.2023-cü il tarixində 27-Q-00521 nömrəsi ilə daxil edilmiş fiziki şəxs X8 (VÖEN: **********) qida təhlükəsizliyi qeydiyyatı ləğv edilmiş və bu barədə Dövlət Reyestrində müvafiq qeyd aparılmışdır. - Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən X8 adına verilmiş ambulator kitabça (xəstəlik tarixi) çıxarışından müəyyən olunur ki, 1950-ci il təvəllüdlü Sabir Quliyev “sol sağrı nahiyəsinin obsessi” diaqnozu ilə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək müalicədə olmuşdur. - “Medstar” Klinikasının xx.xx.2025-ci il tarixli Endoskopiya və Kolonoskopiya müayinəsindən müəyyən olunur ki, X9 “perianal abses? Daxili babasil (İİ dərəcə). Kolon polipləri. Divertikulyoz” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, X11 tərəfindən inzibati xəta törədilməmişdir. Yoxlama zamanı, yəni 11-12 iyun 2025-ci il tarixlərində X11 xəstəliyi ilə bağlı müalicədə olduğuna görə onun fiziki olaraq yoxlamada iştirakı mümkünsüz olmuşdur. Sabir Quliyevin hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, X8 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar