Məhkəmə qərarları › İş №3(067)-1122/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1122/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1122/2024 13.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, zərərçəkmiş şəxs X7 nümayəndəsi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə 23 avqust 1981-ci ildə Xaçmaz rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Niyazoba kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcravə Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borclu Şəxs1620 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 2 uşağın saxlanması üçün 29 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 190 manat olmaqla cəmi 380 manat məbləğində aliment tutularaq tələbkar X7 hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə onun icraatına daxil olmuş, həmin tarixdə borcluya xəbərdarlıq edilmiş, bu günədək borclu 1540 manat aliment ödəmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə borclu 300 manat aliment ödəmişdir. Hazırda borclu Şəxs 1620 manat aliment borcu vardır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs verdiyi izahatda özünü təqsirli bilmədiyini qeyd edərək bildirdi ki, məhkəmə tərəfindən iki uşağın saxlanması üçün hər ay 190 manat olmaqla, cəmi 380 manat məbləğində aliment təyin olunmuşdur. Bu günə qədər maddi imkanı çatdığı qədər ödənişlər etmişdir. Aylıq gəliri 650 manatdır. Əlavə gəlir yeri yoxdur. Alimentlə bərabər digər ödənişləri də vardır. Qızının xx.xx.2024-cü il tarixində 18 yaşı olacaq və digər uşaq üçün üç il aliment ödəməlidir. Hər ay yenə də 300 manat aliment ödəyə bilər. Kirayədə yaşayır. Qızı Zəhraxanıma zəng edərək, kirayə ev tutub birgə yaşamaqlarını və kirayə pulunu özü ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən tələbkarın nümayəndəsi verdiyi izahatında bildirdi ki, borclu bu günə qədər bir dəfə 900 manat, bir dəfə də300 manat ödəniş etmişdir. Borcu tam ödəmir. Borclu qızına zəng edərək, 350 manata kirayə ev tutaraq onlarla birgə qalmaq istədiyini bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: -Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. -Xaçmaz Rayon Məhkəməsinin 2(067)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X8 anası X7 himayəsində saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 noyabr 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 190 manat, cəmi 380 manat aliment alınaraq iddiaçı X9 ödənilməsi qət edilmişdir. -09 iyul 2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən 2(067)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. -xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişi inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə almış, xx.xx.2024-cü il tarixli xəbərdarlıq isə xx.xx.20024-cü il tarixdə təqdim edilmişdir. -xx.xx.2024-cü il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, bu günədək aliment borcundan 1540 manat ödəniş etmiş, həmin tarixədək ödənilməmiş 1500 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, bu günədək cəmi 2180 manat ödəniş etmiş, 1620 manat ödənilməmiş borcu qalmışdır. Borcunu tam şəkildə ödəyə bilmir, hər ay hissə-hissə olmaqla ödəyə bilər. -Borclu barəsində məlumatları elektron sorğulanması sənədlərindən onun adında hər hansı məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrasıilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protokolda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icraetməməsini qeyd etmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, aliment borcunun ödənilməsindən yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Qeyd olunan əsasa görə Şəxs barəsindəolan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisnaedir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə aliment öhdəliyi yaradan məhkəmə qətnaməsinin icrası ilə barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş, borclu bu barədə xx.xx.2024-cü il tarixdə məlumatlı olmuş, aliment borcu isə məhkəməyə ərizə ilə müraciət edildiyi xx.xx.2024-cü il tarixdən hesablandığından qeyd olunan məbləğdə aliment borcu yaranmışdır. Borclunun maddi vəziyyəti və əlavə gəlir yerinin olmaması nəzərə alınarsa, onun yaranmış aliment borcundan artıq 1540 manat ödəməsi və xx.xx.2024-cü il tarixdən keçən cəmi 3 ay ərzində 1620 manat məbləğində pulu birdəfəlik ödəyə bilməsi ağlabatan hesab edilmir və bu hal onun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, borcluya borcun ödənilməsi barədə yalnız bir dəfə rəsmi xəbərdarlıq edilmiş, o cümlədən, icra məmuru borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlər (məs, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat vermək və s,.) görmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe nəzərə alınmamışdır. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1cimaddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXMnin114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cümaddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: 23 avqust 1981-ci ildə Xaçmaz rayonu, İlxıçı kəndinə anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar