Məhkəmə qərarları › İş №3(067)-1123/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1123/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1123/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, 28 may küçəsi 87 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddələri üzrə tərtib edilmiş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü nəqliyyat vasitəsini idarə edərkən içkili vəziyyətdə olmuşdur. Yoxlama zamanı alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polisi Şöbəsi tərəfindən Şəxs barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında toplanmış material baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində idarə etdiyi Tayota Prius (Hibrid) markalı, 99SS478 dövlət qeydiyyat nişanlı avtomobili YPX əməkdaşı tərəfindən saxlanılaraq, yoxlama zamanı onun içkili olduğu müəyyən edilmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, o, az içki qəbul etmişdir. İki bakal pivə içmişdir. O bir daha belə əmələ yol verməyəcəyini bildirmişdir. Taksi fəaliyyəti ilə məşğul olaraq, ailəsini dolandırdığını bildirmişdir. Cərimə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından olan alkoqol sərxoşluğunun müəyyən olunması barədə protokollaşdırılmış test rejiminə dair sənəddə Şəxs müayinə vaxtı alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir, lakin müayinə aktının vaxtı aydın şəkildə qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı mötəbər sübut kimi qəbul edilməlidir. (Bundan əlavə məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş vəziyyətdə avtomobili idarə etdiyini etiraf etmişdir). Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxsməsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi (alkatestr oxunmur %) dərəcə alkoqol sərxoşluğunun müəyyən olunması barədə xx.xx.2023-cü il tarixli protokollaşdırılmış test rejimi ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar