Məhkəmə qərarları › İş №3(067)-1124/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1124/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1124/2024 16.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Xaçmaz rayonunun Mehrəli-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qaradağ-Buduq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Xaçmaz rayon X6 Bölməsi tərəfindən verilmiş məcburi gətirmə barədə qərarın icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun olduğu yerdən, yəni Xaçmaz-Bakı yolunun kənarında yerləşən fermadan Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən polis şöbəsinə getməkdən boyun qaçıraraq imtina etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X5 göstərdi ki, Şəxs barəsində Xaçmaz rayon X6 Bölməsi tərəfindən verilmiş məcburi gətirmə barədə qərarın icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun olduğu yerdən, yəni Xaçmaz-Bakı yolunun kənarında yerləşən fermadan Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən polis şöbəsinə getməkdən boyun qaçıraraq imtina etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları işlədiyi fermaya gələrək barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş məcburi gətirmə qərarı ilə bağlı onlarla təcili olaraq Xaçmaz rayon Polis Şöbəsinə getməyi bildirmişlər. O, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmiş, sadəcə olaraq ona hər hansı bir çağırış gəlmədiyini, hazırda üst-başı bulaşıq olduğundan onlarla polisə gedə bilməyəcəyini, sonradan əynini dəyişib, fermada işlərini qaydaya salıb polis şöbəsinə gələcəyini bildirmişdir. Az sonra onun olduğu yerə digər polis əməkdaşları da gəlmiş, onu və qardaşını polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X7 göstərdi ki, Xaçmaz rayon Polis Şöbəsinin icraatında olan istintaq materialı ilə əlaqədar sonradan şəxsiyyəti onlara məlum olan Şəxs istintaqın çağırışlarına gəlmədiyindən barəsində çıxarılmış müvafiq məcburi gətirmə qərarının icrası ilə əlaqədar o və digər polis əməkdaşları 14 sentyabr 2024-cü il tarixdə Mehman Quliyevin olduğu yerə, Xaçmaz-Bakı yolunun kənarında yerləşən fermaya gedərək barəsində çıxarılmış məcburi gətirmə barədə qərarı elan edib onlarla polis şöbəsinə getməyi təklif etmişlər. Lakin Şəxs mübahisə yaradıb, müxtəlif bəhanələr gətirərək polis şöbəsinə getməkdən boyun qaçırmış, dəfələrlə onunla söhbətlər aparmalarına baxmayaraq inadkarlıq edib şöbəyə getməkdən qəti şəkildə imtina etmiş və bununla da onların, eləcə də əlavə köməyə çağırılmış post-patrul xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs digər əməkdaşların köməkliyi ilə polis şöbəsinə gətirmişlər və o, bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 polis sahə rəisi X2 ifadəsi ilə eyni məzminlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi törədilmiş xətanı özü etiraf etməsə də tərtib olunmuş inzibati xəta haqqında 14 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidləri ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməməsi və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 14 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 sentyabr 2024-cü il tarixdə saat 15:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 14 sentyabr 2024-cü il tarixdən saat 15:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 14 sentyabr 2024-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar