Məhkəmə qərarları › İş №3(067)-1125/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1125/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1125/2025 31.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialın baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərək cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2025-ci il tarixli İXP7002292 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati materialları araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xətaya dair material Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(067)-731/2025 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qaytarılmışdır. Elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan müəyyən olunur ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş şəxs Şəxs Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 17, mənzil 51 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. -110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. -109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin barəsində bütün zəruri məlumatlar təqdim edilmiş materialda yoxdur. Onun qeydiyyat və yaşayış ünvanı ünvan 1qqında protokolun Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə əsas verə biləcək hər hansı məlumat iş materiallarında yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq,məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7002292 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar