Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1127/2025 06.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, o, “Vaz 21074” markalı, **-MC- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında (EQ- ********) protokol tərtib edilərək cərimə olunmasına dair qərar çıxarılmışdır. Lakin o, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında (İXP-7241437) protokol tərtib edilmişdir. Xaçmaz RPŞ məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq üzürlü səbəblər olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati materiala onun iştirakı olmadan baxılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hazırki protokol ilə cərimə olunan avtomaşın ona məxsus deyildir. Onun idarə etdiyi avtomobil Vaz 21074 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlıdır. İnzibati xəta hadisəsinə dair fotoşəkildən göründüyü kimi, inzibati xəta “Mercedes” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında elektron qərarın (EQ- ********) qəbul edilməsinə əsas olmuş fotoşəkilə baxış zamanı inzibati xətanın “Mercedes” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədildiyi görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.2, 114, 128,130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə (İXP-7241437) icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-1127/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1127/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver