Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1132/2022 15.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İnzibati protokolu tərtib edən X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qədimalı-qışlaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində ona yaxınlaşan polis işçilərini itələyərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xətaya dair protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində ona yaxınlaşan polis işçilərini itələyərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, həbs edilməsini xahiş edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, şahid ifadələri və iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1992-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 iyul 2022-ci il tarixdən, saat 16:35-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1132/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1132/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver