Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1133/2021 18.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Protokolu tərtib edən şəxs Adığözəlov Faqil Həsən oğlunun, zərərçəkən şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Müşkür kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1640/2021 saylı, 07.09.2021-ci il tarixli icra sənədinə əsasən mebel dəsti - şifoner, güzgü, taxt, 2 ədəd tumba, servant, açma stol, 6 ədəd stul, divan-kreslo, curnal stolu, tək krovat cəmi 3500 manat, divan kreslo örtükləri 1 dəst 80 manat, divar saatı 100 manat, sandıq içi dolu 50 manat, lüstur 1 ədəd 30 manat, televizor 350 manat, televizor altı 50 manat, video 50 manat, soyuducu 350 manat, paltar yuyan 440 manat, tozsoran 90 manat, dəmir odun peçi 40 manat, ət çəkən 80 manat, tostel 40 manat, ütü 35 manat, elektrik samovarı 100 manat, tefal çaydan 15 manat, blender 25 manat, mikser 35 manat, taxt döşəyi, tək döşək 2 ədəd, taxt yorğanı 2 dəst, tək yorğan 2 dəst, yastıq 10 ədəd, böyük nalça 8 ədəd, balaca nalça 14 ədəd, taxt üçün adyal 1 ədəd 180 manat, 3 ədəd tüklü adyal 100 manat, pərdə qapı pəncərə üçün 600 manat, xalça 2 ədəd (1 kaşmir, 1 sadə) 350 manat, skater 2 ədəd 55 manat, süfrə 6 metr 18 manat, hamam dəsmalı 4 ədəd 50 manat, balaca dəsmal 10 ədəd 30 manat, asılqan 12 ədəd 20 manat, ütü stolu 40 manat, qaşıq dəsti çemodan 100 manat, bıçaq 2 dəst 80 manat, qazan dəsti 100 manat, aşsüzən 1 ədəd 12 manat, şirli qazan 1 dəst 50 manat, vedrə 1 ədəd şirli 2 ədəd dəmir 20 manat, böyük tiyan 1 ədəd 30 manat, şirli tiyan 1 ədəd 25 manat, qab yuyan tiyan 1 ədəd 10 manat, balaca tiyan 1 ədəd 12 manat, krucka 2 ədəd 10 manat, avtafa 1 ədəd 12 manat, yemək servizi ağ rəng 200 manat, yemək servizi qara rəng 150 manat, 8 dəst (hərəsi 6 ədəddən) bakal 150 manat, çay servizi 5 dəst 100 manat, 24 ədəd stəkan 20 manat, 24 ədəd nəlbəki 20 manat, 1 dəst armudu stəkannəlbəki 20 manat, mürəbbə qabı 12 ədəd 10 manat, badya 12 ədəd 25 manat, balaca badya 12 ədəd 15 manat, qəndqabı 10 ədəd 120 manat, meyvə qabı 7 ədəd 100 manat, 1 dəst ümumi çernil rəngli çay servizi 90 manat, tort qabı 6 ədəd 80 manat, çaynik 5 ədəd 70 manat, qəfədan 2 ədəd 22 manat, limon vilkası 2 ədəd 10 manat, güldan 3 ədəd 40 manat, naçnik 2 ədəd 70 manat, külqabı 2 ədəd 10 manat, padnos 5 ədəd 25 manat, şiş 12 ədəd 30 manat, duz-istiot qabı 7 ədəd 15 manat, 1 ədəd qaşlı sep, 1 ədəd qaşlı qolbaq, 1 cüt qaşlı sırğa və 1 ədəd üzük (komplekt) 1400 manat, 1 ədəd qızıl sadə üzük 60 manat dəyərində əmlak alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Şəxs 1475 manat məbləğində borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1640/2021 saylı 07.09.2021-ci il tarixli icra sənədinə əsasən adları çəkilən əmlaklar alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Halhazırda Şəxs 1475 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-1640/2021 saylı 07.09.2021-ci il tarixli icra sənədinə əsasən adları çəkilən əmlaklar alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilməsi və tələbin könüllü icrasını təmin etmək haqqında bildirişi almışdır. Borcluya bu vaxta qədər müəyyən ödənişlər etmişdir. Lakin 1475 manat məbləğində olan qızıllar satıldığından onları qaytara bilmir. Onların dəyəri olan 1475 manat pulu ayda 20-30 manat ödəyə bilər. Məhkəmədə zərərçəkən izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon məhkəməsinin 2(067)-1640/2021 saylı 07.09.2021-ci il tarixli icra sənədinə əsasən adı şəkilən əmlakları qaytarmalıdır. Əmlaklarının qaytarılmasını tələb edir. Cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1959-cu ildə Quba şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1133/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1133/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver