Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1134/2023 20.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1, 333.3 və 327.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 332.1, 333.3 və 327.1-ci maddələri ilə Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 332.1, 333.3 və 327.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat natamam aparılmışdır. Belə ki, təqdim olunmuş iş materiallarında olan məlumatlardan görünür ki, Şəxs sərxoş halda yol nəqliyyat hadisəsini törədərkən, digər vətəndaşın avtomobilinə ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, maddənin sanksiyasında iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması imperativ şəkildə göstərilsə də, inzibati xətanı törətmiş şəxsin cərimə və ya həbs olunması işin hallarından asılı edilmişdir. Belə olan halda, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün digər vətəndaşın avtomobilinə nə qədər maddi ziyanın dəyməsini təyin etmək işin hallarına təsir göstərir. İnzibati xətanı törətmiş şəxsin barəsində inzibati tənbehin tətbiq edilməsi ziyanın məbləğindən asılı olan bir haldır. İş materiallarından isə müəyyən olunur ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, inzibati tənbeh vermə xəta haqqında qərar isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Xaçmaz RPŞ-nin əməkdaşları yalnız hadisə yerinin sxemini tərtib etməklə və tərəflərin izahatları almaqla kifayətlənmiş, əlavə araşdırma aparmamış, inzibati xəta nəticəsində dəymiş zərərin məbləği müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 332.1, 333.3 və 327.1-ci maddələri ilə toplanmış materiallar natamam olduğundan Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 332.1, 333.3 və 327.1-ci maddələri ilə toplanmış material Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1134/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1134/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver