Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1137/2022 18.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Əzizbəyov küçəsi 1 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə X4 işə düzəltmək adı ilə 177 manat pulunu, xx.xx.2022-ci il tarixdə X1 75 manat pulunu, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsində X3 203 manat pulunu və xx.xx.2022-ci il tarixdə X5 qarşı dələduzluq edərək 60 manat pulunu ələ keçirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edən şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs o, xx.xx.2022-ci il tarixdə X4 işə düzəltmək adı ilə 177 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, xx.xx.2022-ci il tarixdə X1 75 manat pulunu ələ keçirərək, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində X3 203 manat pulunu dələduzluq yolu ilə, xx.xx.2022-ci il tarixdə X5 qarşı dələduzluq edərək 60 manat pulunu ələ keçirmişdir. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, barəsində yüngül növdə tənbeh təyin edilməsini xahiş etdi. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan müəyyən olunur ki, cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 14 iyul 2022-ci il tarixdə, saat 16:53-də inzibati qaydada tutulmuş və 16 iyul 2022-ci il tarixdə saat 11-00-da azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla sübuta yetirildiyindən ona AR-sı İXM-nin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs məsuliyyətini yüngül və ağırlaşdıran hal olmadı. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində həbs inzibati tənbeh növü təyin olması məqsədə müvafiqdir. Belə ki, AR İXM-nin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1984-cü ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 14 iyul 2022-ci il tarixdən saat 16:53-dən 16 iyul 2022-ci il saat 11:00-dək inzibati qaydada tutulduğu 02 (iki) gün ona təyin olunmuş həbs müddətindən çıxılmaqla üzərində qəti olaraq 28 (iyirmi səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh saxlanılsın. Şəxs həbsdə saxlama müddətinin əvvəli 18 iyul 2022-ci il tarixdən saat 12:55-dən hesablansın. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulsun. Qərar dərhal icra olunsun və qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1137/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1137/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver