Məhkəmə qərarları › İş №3(067)-1141/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1141/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1141/2021 16.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş materiallara məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X5 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair materialdan görünür ki, X1 Xaçmaz şəhəri Bakı prospekti 151 ünvanında yerləşən “Elegant for men” adlı obyektin fasadında müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. X3 X5 İdarəsi məhkəməyə ərizə ünvanlayaraq hal-hazırda barəsində inzibati xəta protokolu tərtib edilmiş şəxs X2 tərəfindən reklam yayımına görə dövlət rüsumunu və yayım haqqı tam ödənildiyi üçün inzibati xəta protokolunun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 X5 İdarəsinin vəsatəti təmin olunmalı və material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, material geri qaytarılmalıdır. qərara aldı: Vəsatət təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş material geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar