Məhkəmə qərarları › İş №3(067)-1142/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1142/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1142/2023 22.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, X2 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 20 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarından verdiyi şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 20 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayətə inzibati xəta haqqında qərarın surəti əlavə edilməsi göstərilsə də, qərarın surəti əlavə olunmamışdır. (eyni zamanda ərizədən gprünür ki, şikayət ərizəsinə inzibati xəta haqqında protokol əlavə edilsə də inzibati xəta haqqında protokol boşdur) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X2 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi onun qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasinin qeyri mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Odur ki, X2 inzibati xəta haqqında qərardan verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq, qərarın surətini əlavə etməklə yenidən şikayətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: X2 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 20 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarından verdiyi şikayət geri qaytarılsın. X3 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, qərarın surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar