Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1143/2021 03.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, Şikayətçi Müslümov Emin Ağasbala oğlunun, 5 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Müslümov Emin Ağasbala oğlunun 5 X9 və təbii Sərvətlər İdarəsinin 16.11.2021-ci il tarixli MN №1119846 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Müslümov Emin Ağasbala oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 X9 və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 16.11.2021-ci tarixli, MN №:1119846 saylı qərarına xitam verilməsini, həmçinin qərar qəbul edilərkən onun əmlak vəziyyətinin, 3000 manat cəriməni ödəyərsə maddi və mənəvi sıxıntıda olacağının, inzibati xətanın subyekti olmamığının, protokolun qanun pozuntuları ilə tərtib edilməsini, işdə azı iki yüngülləşdirici halın olmasının səmimi peşmançılıq, qərar qəbul edilənədək tullantıların təmizlənməsi üçün Xaçmaz MKTİ ilə müqaviləsinin, protokoldan xəbərinin olmaması nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 X9 və Təbii Sərvətlər idarəsi barəsində vəzifəli şəxs kimi 29.10.2021-ci il tarixli MN № ******* saylı protokol tərtib etmişdir. Daha sonra 16.11.2021-ci ildə barəsində inzibati tənbəh vermə haqqında MN №:1119846 saylı qərar qəbul edilərək 3000 (üç min) manat cərimələnmişdir. Onlar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və VÖEN: ********** atasının, yəni X5 adınadır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 X9 və Təbii Sərvətlər İdarəsinin qərarını əsassız hesab edir. O, həmin ətraf ərazilərin təmizliyi barədə Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsi ilə Məişət və İstehsalat tullantılarının daşınmasına dair müqavilə bağlamışdır. Həmin ərazilərin təmizliyi və tullantıların daşınması birbaşa onların öhdəliyindədir. Onunla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 X9 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə aralarında bu barədə razılıq olmuşdur ki, MKTİ ilə müqavilə bağlasın, onlar da ona cərimə yazmasın. O, Ekologiyanın işçilərinə demişdir ki, təmizlik üçün köçürmə ilə pulu ödəyə bilər. Ancaq onların köçürmə üçün ünvanı yox idi. Ona xəbərdarlıq etmədən, buna görə ona əsassız cərimə yazdılar. Halbuki, o, müqavilə bağlamağa hazır idi. Ekologiyanın əməkdaşları ilə danışdıq razılaşmışlar ki, o, onlar deyən kimi təmizləmə ilə bağlı müqavilə bağlasın, pulu köçürsün. Müqavilə bağlayandan sonra da arxa tarixlə onun xəbəri olmadan ona inzibati protokol yazıblar, protokolu ona göndərəndə bilmişdir ki, o, guya imza etməkdən imtina etmişdir. Amma əslində onun protokol yazılmasından da belə xəbəri olmayıb. Qeyd etmək istəyir ki, protokol X14 qanunvericiliyin tələbləri tam pozulmaqla həyata keçirilmişdir. Tərtib olunan X14 Protokola əsasən müəyyən etmək olar ki, Konkret İXM-də göstərilən hallar yoxlanılmamışdır. Protokol və onun əsasında tərtib edilən qərar İXM- nin 75-ci maddəsinə uyğun deyil. Ekologiya işçiləri ona izah etmədən, hal şahidləri olmadan guya əraziyə baxış keçiriblər, X14 işlərdə hal şahidi olmadan baxış keçirmək kobud qayda pozuntusudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu qaydanı da yetrinə yetirməmişdirlər. Yuxarıda qeyd etdiyi kimi bu cərimə onları iflas etdirəcək həddədir, bundan başqa qanunsuz və əsassızdır. İXM-nin 31.2-ci maddəsinə görə Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Axı bunlıarın heç biri o, cərimə olunanda nəzərə alınmamışdır. Barəsində qərar qəbul edilməmişdən qabaq Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsi ilə Məişət və İstehsalat tullantılarının daşınmasına dair müqavilə bağlamağı yüngülləşdirən hal kimi də nəzərə alınmayıb. Bundan başqa VÖEN atasının adına olmasına baxmayaraq cərimə ona tərtib olunmuşdur. Həmçinin, barəmdə tərtib olunan protokolla tanış olmamış, yəni ona təqdim edilməmişdir və bundan məlumatı olmamışdır. Əlavə olaraq da bildirmişdir ki, barəsində protokol 29.10.2021-ci il tarixdə yazılıb və o, dərhal, yəni 01.11.2021-ci il tarixdə məişət tullantılarınını təmizlənməsinə dair müvafiq qurumla müqavilə bağlayaraq bu barədə 5 X9 və Təbii Sərvətlər İdarəsinə məlumat vermişdir. Lakin buna baxmayaraq 16 gün sonra, yəni 16.11.2021-ci il tarixdə onun barəsində əsassız qərar qəbul edilib. Məhkəmə iclasında 5 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, Emin Müslümov tərəfindən müqavilə bağlanması barədə sənəd təqdim edilməyib. Şikayətçi 01.11.2021-ci il tarixdə müqavilə təqdim etsəydi belə yenə də cərimə olunacaqdı. Çünki barəsində protokol 29.10.2021-ci il tarixdə yazılıb. Qeyd olunanlara əsasən də, 5 X9 və təbii Sərvətlər İdarəsinin 16.11.2021-ci il tarixli MN №1119846 saylı qərarın ləğv edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbəh verilməsi haqqında 5 X9 və Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X12 oğlu Azərbaycan Respublikasının İXM-nin 541-ci maddəsinin tələblərini pozduğuna görə 3000 (üç min) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan məişət və istehsalat tullantılarının daşınmasına dair 01 noyabr 2021-ci il tarixli müqavilədən görünür ki, Müslümov Emin Ağasbala oğlu Xaçmaz şəhər M.Ə.Sabir küçəsində yerləşən "xxxx" MMC-nin məişət tullantılarının daşınmasına dair müvafiq qurumla müqavilə bağlamışdır. Azərbaycan Respublikasının İXM-nin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X14 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3.-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X14 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məlumatlar göndərilir. Azərbaycan Respublikasının İXM-nin 135.1.-ci maddəsinə əsasən X14 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1.-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2.-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3.-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4.-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5.-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6.-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2.-ci maddəsinə əsasən X14 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 5 X9 və təbii Sərvətlər İdarəsinin 16.11.2021-ci il tarixli MN №1119846 saylı qərarı ləğv edilərək X14 iş yenidən baxılmaq üçün, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. 5 X9 və Təbii Sərvətlər İdarəsinin Müslümov Emin Ağasbala oğlu barəsində olan X14 16.11.2021-ci il tarixli MN №1119846 saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün 5 X9 və təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1143/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1143/2021
03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver