Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1144/2023 06.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 20 sentyabr 2023-cü il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələblərin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzürsüz səbəbdən yayınır. Şəxs hər icra sənədi üzrə cəmi borcu 500 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xaçmaz rayon məhkəməsinin qərardadı ilə icraatda olan “Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə olan 3(067)-1098/2023 saylı inzibati xəta haqqında iş icraatda olan 3(067)-1144/2023 saylı işə birləşdirilmişdir. Tərəflərə işə baxılmasnın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin 19 aprel 2021-ci il tarixli, ******* saylı inzibatı tənbeh vermə haqqında qərarlarından görünür ki, Şəxs 200 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin 19 yanvar 2022-ci il tarixli, ******* saylı inzibatı tənbeh vermə haqqında qərarlarından görünür ki, Şəxs 300 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: xx xxxx 1991-ci il tarixdə Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində anadan olmuş, Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1144/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1144/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver