Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1144/2024 19.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialın baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərək cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati materialları araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xətaya dair material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, elektron informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş şıxs Şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 Massivi, ev 12 mənzil 68-də qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli №(067)-783/2024 saylı qərarından müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş inzibati material Xaçmaz RPŞ-nin DYPB-nə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. -110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. -109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin barəsində bütün zəruri məlumatlar təqdim edilmiş materialda yoxdur. Onun qeydiyyat və yaşayış ünvanı ünvan 1 Xaçmaz ərazisinin inzibati ərazisində deyildir. Amma hansı səbəbdən inzibati xəta haqqında protokolun aidiyyəti üzrə deyil, Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi barədə məlumatlar iş materiallarında yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq,məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1144/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1144/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver